Əsas Səhifə > Sosial, Manşet > Əkbər Hacıyevın işçiləri narazılıq edir...
Əkbər Hacıyevın işçiləri narazılıq edir...1-11-2019, 09:24 |
Zərdab rayonunda bir qrup xidməti müqavilə ilə işləyən işçilər Azərqaz İB-dən ölkə başcısı İlham Əliyevə şikayət ediblər. XəbərAl.az mətni sizlərə təqdim edir: Hörmətli cənab Prezident! Bu gün Azərbaycan əhalisi cənab Prezident Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür: “Ona görə də əhali Sizə inanır və cənab Prezident Sizin ətrafınızda sıx birləşib”. Sizin uğurlu sosial-iqtisadi inkişaf strategiyanız ölkənin dinamik tərəqqisi şəraitində yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Sizə öncəliklə təşəkkür edirik ki,işsizlər üçün iş yerləri açmısınız.Bildirmək istəyirik ki,bizim əmək haqqlarımız vaxtı vaxtında verilmir. 18 iyun 2019-cu il tarixli Sərəncamınıza əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.Sentyabırın ayının 1-ə kimi, bizim əmək haqqlarımız 220 manat idi.Sentyabırın ayının 1-dən biz 205 manat əmək haqqı almışıq.Bildirmək istəyirik ki,Sentyabr ayının əmək haqqısını da məhz Oktyabr ayının sonları almışıq. Qeyd edək ki,Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamınıza əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Ətraflı videosujetimizdə baxa bilərsiniz: Geri qayıt |