Əsas Səhifə > Sosial, Manşet > Sahil Babayevin işçisi özbaşınalıqda ittiham olunur...

Sahil Babayevin işçisi özbaşınalıqda ittiham olunur...


7-11-2019, 10:50
Sahil Babayevin işçisi özbaşınalıqda ittiham olunur...
Göyçay rayon sakinləri tərəfindən
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ MÜRCİƏT
​ ​Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə müraciət edirik.
Belə ki, Kamran Xəlilov bayramlarda işçilərə verilən mükafatları və prezidentin sərəncamına əsasən işçilərin əmək haqlarının artırılan hissəsini zorla işçilərdən tələb edir alır. Bu qanunsuzluğa etira edən işçiləri isə işdən azad edəcəyi ilə hədələyir. Kamran Xəlilov hay salıb danışır ki, “Gömrük generalı mənim qohumumdur, şikayət etsənizdə nazir Sahil Babayev mənə heçnə edə bilməz”. Kamran Xəlilovun qeyd etdiyimiz hərəkətləri cənab prezidentin siyasətinə daban-dabana ziddir.
Cənab prezident, cənab nazir Kamran Xəlilovu yaxın qohumu (əmisi oğlu), gömrük generalı Ehtiram Xəlilov himayə edir.

***

2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov ... çoxlu sayda rayon sakininə saxta əmək stajı təyin etdirib və dövlətə külli miqdarda zərərlər vurub. Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon Məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanuniləşdirir, nəticədə külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var.​

Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da, əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir. Nazirliyin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur".
...
Xalqxeber.Az

Geri qayıt