Əsas Səhifə > Sosial, Manşet > «Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır...
«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır...9-11-2019, 10:12 |
Son illər aqrar sahədə həyata keçirilən islahatlarla paralel meliorasiya və su təsərrüfatında da islahatların aparılması kənd təsərrüfatının inkişafında xüsusiləb mühüm rol oynadı. Respublikada meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin gücləndirilməsini “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin uğurları saymaq olar. Bu sahədə görülən və görülməyən işlərdən çox yazmaq olar Lakin biz bu sahənin başqa bir qurumunun iş prinsipi barədə oxuculara məlumat vermək istərdik. İnkar etmirik, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin son illərdə ölkəmizdə münbit topraq örtüyünə malik olan kənd təsərrüfatınin inkişaf etdirilməsi üçün suvarılan sahələrin genişləndiirlməsində boyük rolu var. Lakin burada suvarılan torpaqlardan səmərəli istifadə etmək işində yol verilən nöqsanları, suvarma normalarına əməl edilməməsi, suvarma şəbəkələrinin yarıtmaz xidməti sayəsində torpaq sahələrinin dövriyyədən çıxması məsələlərini də xatırlamaq lazımdır. Xatırlatmaq istədiyimiz bir məqam da “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti Qarabağ Meşə Meliorasiya İdarəsinin iş prinsipi ilə bağlıdır. Biz sözügedən cəmiyyətin sədri Əhməd Əhmədzadə cənablarından soroşmaq istərdik. Qarabağ Meşə Meliorasiya İdarəsinin fəaliyyəti nədən ibarətdir? Təbii biz bilirik ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunması işlərini həyata keçirməli olan bu qurum son illər nə kimi işlər görüb? “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə onların kağız üzərində gördüyü işlərdən bizə çox bəhs edə bilər. Amma faktiki olaraq bu idarə heç də böyük işlər görmür. Mənimsəmələri ört basdır etmək üçün görülən səthi işlərdən başqa. Bunları redaksiyamızın əməkdaşlarına zomada yaşayan insanlar söyləyib. Onların sözlərinə görə Artıq neçə müddətdir ki, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin Qarabağ Meşə-Meliorasiya İdarəsində bir sıra qanun pozuntuları, neqativ hallar, ciddi problemlər yaşanmaqdadır. Bu və digər önəmli məqamlarla bağlı bilgiləri əməkdaşımızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən qururmun rəhbəri Anar Rzayev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitini təyinatı üzrə deyil, şəxsi məqsədləri üçün xərcləyir. Belə ki, hazırda Qarabağ Meşə-Meliorasiya İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsinə hallarına geniş yer verildiyini bildirən mənbənin sözlərinə görə əgər idarədə köklü yoxlanış aparılarsa bir çox neqotiv halların şahıdı olarıq. Məlumatlı mənbənin sözlərinə görə idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nəğdləşdırılır və yenidən Qarabağ Meşə-Meliorasiya İdarəsinin müdirinə qaytarılır. Əgər bununla bağlı müvafiq araşdırma aparılsa, o zaman bəlli olacaq ki, indiyədək görülən işlərin əksəriyyəti məhz kosmetik xarakterli olub. Yəni səthi iş aparmaqla külli miqdarda vəsait mənimsənilir. Bundan başqa, Qarabağ Meşə-Meliorasiya İdarəsinin müdiri Anar Rzayev digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir. Məlumatlı şəxs bildirir ki, bu gün adıçəkilən qurumda hökm sürən vəziyyət Anar Rzayevin bu vəzifədə uzun müddət işləməsinə baxmayaraq artıq vəzifədə qalma məsələsini bir xeyli çətinləşdirir: Yəni o, hər an tutduğu postla vidalaşa bilər. Məhz elə buna görə də idarə müdiri özünü sığortalamaq məqsədilə gələcəyi barəsində ciddi şəkildə düşünməyə, bir sıra tədbirlərə əl atmağa başlayıb. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbər şəxsləri ilə yaxınlaşmağa cəhd göstərən Anar Rzayevin görünür Əhməd Əhmədzadədən gizlin işləri olub. Yoxsa bu qədər təlaş keçirməzdi. Bunun nə ilə nəticələnəcəyini indidən demək bir qədər çətindir. Lakin görünən odur ki, Anar Rzayev Qarabağ Meşə-Meliorasiya İdarəsinin müdiri vəzifəsindən getmək üzrədir. Çünki bunun üçün kifayət qədər əsas var. Məsələn, əgər Anar Rzayevin Qarabağ Meşə Meliorasiya İdarəsinin rəisi vəzifəsində çalışdığı müddət araşdırılsa, onda onun çoxlu sayda qanunsuzluqlara yol verdiyinin, külli miqdarda dövlət vəsaitini mənimsədiyi aydın olar. Təbii ki,son sözu də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyəcək. Axı o hər şeyi, hamıdan yaxşı bilir. Qarşı tərəfi dinləməyə hazırıq. Aktualinfo.org Geri qayıt |