Əsas Səhifə > Sosial, Manşet > "Ağdam İcra hakimiyyətində bizi eşidən yoxdur..."
"Ağdam İcra hakimiyyətində bizi eşidən yoxdur..."21-11-2019, 09:40 |
Balaca Elcan onun həyata qayıtmasında Birinci vitsePrezident Mehriban xanım Əliyevaya minnətdar olduğunu bildirir. Saytın WhatsApp nömrəsinə atası vasitəsi ilə müraciət edən Elcan ürəkləri dağlayan problemlərini çatdırıb. Ağdamın Səfərli kəndində yaşayan balaca qəhraman müraciətində, hər kəsin ədalətli olmasını və Mehriban xanım kimi dəyərli insan olmasını istəyib. O öz müraciətində bildirib ki, “bizim ailə illərdir zələzələnin fəsadından əziyyət çəkir. Evimiz uçub dağılıb. Atam, nənəm rayonda kimə müraciət etsə də, dərdimizə yanan tapılmayıb. İcra başçısı bizi nə eşidir, nə də zəlzələ zamanı başımıza uçan evimizə yardımçı olur. Atamın və yaşlı nənəmin adından çox sevdiyim Mehriban xanıma müraciət edirəm. Bizi Ağdam icrada heç kim eşitmir, bizimlə maraqlanmır. Siz bizə kömək edin, Axı vaxtı ilə Sizin sayəninzdə məni ürək əməliyyatı edib həyata qaytarıblar.Sizə hər zaman ailəmizlə birgə minnətdarıq...” Qeyd edək ki, Elcanın etdiyi müraciətlə bağlı atası ilə də danışdıq. Elcanın atası Zahid Əliyev də olanları təsdiq etdi. Anası və özü dəfələrlə Vaqif Həsənovun qəbulunda olduqlarını dedi. Və hələ də zəlzələnin vurduğu ziyandan əziyyət çəkdiklərini, Ağdam icra başçısının isə buna biganə yanaşdığını dedi. Geri qayıt |