Əsas Səhifə > Sosial, Manşet > İlham Əliyev Azərbaycana nələri edib, nələri vəd edir?
İlham Əliyev Azərbaycana nələri edib, nələri vəd edir?4-12-2019, 10:48 |
DİA.AZ: - Bu gün ölkədə böyük rezonansla müşaiyət olunan bir proses baş verməkdədir. Bəli söhbət dövlət idarəetməsinin mühüm üç istiqamətində - Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə baş verən və baş verəcək dəyişikliklərdən gedir. İlham Əliyev qəti siyasi iradə ilə çox ciddi qərarlarla imza atır ki, bu da əslində ilk olaraq bir MÜHÜM MƏQAMA diqqətləri yönəldir: AZƏRBAYCAN ÖZ QƏRARLARINDA TAM OLARAQ MÜSTƏQİLDİR! Nədən bu nidaya ehtiyac yarandı, səbəbi əslində hər kəsə aydındır. Çünki illərdir, bəzi dairələr ölkəmizin müstəqilliyinin simvolik olması barədə rəylər formalaşdırmağa çalışırdı ki, İlham Əliyevin son dəyişikliklərdə ölkənin siyasi şəklini məhz Azərbaycanın milli maraqlarına uyğun formada çizməsi ilə bütün bu çabaları, bu çabalar nəticəsində ortaya çıxarılan qənaətləri dramdağın etmiş oldu. Bəli, Azərbaycan bu gün məhz xalqının maraqları ilə idarə olunan bir hakimiyyətə malikdir. *** Bu yerdə Prezident İlham Əliyevin Türkiyədəki son çıxışını xatırlatmaq yerinə düşər. Cənab Prezident qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı tərif edərkən Türkiyənin hazırki dünya düzənindəki yerini ustalılqla ifadə etdi. Burada xüsusi olaraq vurğulanmalı bir məqam o idi ki, İlham Əliyev məhz kimlərinsə diqtəsi ilə oturub-duran yox, Türkiyə türklərinin iradəsini ifadə edən bir Türkiyəni nişan verdi və bu dövlətin ərsəyə gəlməsində, Türkiyənin bu məqama yetişməsində Ərdoğanın şəkksiz və şübhəsiz xidmətlərindən danışdı. *** Eləcə də eyni sözləri İlham Əliyev barəsində demək olar. İlham Əliyev ulu öndər Heydər Əliyevdən hakimiyyət estafetini aldqdan sonra müstəqillik dayaqları kifayət qədər kövrək olan və təməlləri məhz Heydər Əliyev tərəfindən ustalıqla atılan Azərbaycanın dövlətçilik aparatını günü-gündən möhkəmləndirdi, Azərbaycanın nüfuz dairəsini hüdudlarından daha da geniş miqyasa daşımağı bacardı. Bu gün faktdır ki, Azərbaycan dövləti bir geopolitik ünvan olaraq heç də təkcə hazırki coğrafi sərhədlərimizlə yekunlaşmır və bu məfhumun ifadə zonası BTC, BTQ, TANAP, TAP və digər bi kimi layihələrlə daha da genişliyi əhatə etməkdədir ki, bütün bunlarda da İlham Əliyevin bariz rolunu kimsə dana bilməz. *** Bütün bu dividentləri məhz müstəqilliyimizin dayaqlarının möhkəmlənməsinə yönəldən İlham Əliyev dünənə qədər "Azərbaycanda dövlət başçısı olmaq üçün 9 ölkənin razılığını" gözləyənlərə də bir dövlətçilik dərsi keçmiş oldu və günü bu gün də keçməkdədir. "Bu gün Azərbaycan tam olaraq müstəqil siyasət yürüdür" ifadəsini həm də son olaraq müşahidə olunanlardan da asanlıqla əxz eymiş olduq. Buna görə isə bir Azərbaycan vətəndaşı olaraq qürurlanırıq. Fərəh duyuruq ki, məsələn, bu gün elə konkret olaraq Rusiyanın vassalı kimi hər kəsə bəlli olan düşmən Ermənistandan fərqli olaraq Azərbaycan müstəqildir, öz davasını özü aparır. Hətta Qarabağ probleminin həllini belə Azərbaycan Ermənistanla yox, onun sahibləri ilə çözməyə çalışır. Amma Ermənistandan fərqli olaraq Azərbaycana kimlərsə hansısa üçüncü tərəfin əli şərtlər diqtə etmək iqtidarında deyil ki, bütün bunların da bir millət, bir xalq üçün nə qədər mühüm olduğunu dərk etmək lazımdır. *** Azərbaycan böyük dəyişikliklər astanasındadır. Hər şey yaxşı olacaq... Bunun içartıları indidən sezilir və bu yaxşılıqdan hər kəsə pay çatacaq. Çünki meydanda baş verənlər AZƏRBAYCAN NAMİNƏDİR! Məhəmməd ƏRSOY dia-az.life-ın baş redaktoru Geri qayıt |