Əsas Səhifə > Sosial, Manşet > Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir...

Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir...


16-12-2019, 08:52
Bu üç rayonun icra başçısı seçkilərə müdaxilə edir...
DİA.AZ: - DİA.AZ-ın apardığı araşdırmalardan belə aydın olur ki, son günlər əsasən 3 rayonun icra başçısının keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə müdaxilə faktı qeydə alınıb. Doğrudur, onlardan biri - Lənkəranın icra başçısı Taleh Qaraşovun adından sözügedən RİH-dən redaksiyamıza müraciət ünvanlanaraq iddia olunanların həqiqəti əks edirmədiyi bildirildi. Amma müşahidələrimiz də belə deməyə əsas yaradır vəziyyət yetərincə problematikdir.

dia-az.life bildirir ki, eyni zamanda Sabirabad və Saatlı RİH rəhbərlərinin də eyni qaydada 23 dekabr seçkilərinə müdaxilə cəhdləri barədə məlumatlar ictimailəşib. Amma hər iki qurumdan edilən şikayətlərə hansısa reaksiya verilməyib. Görünəni odur ki, onlar etdikləri əməllərində kifayət qədər arxayındırlar və qarşıdan gələn parlament seçkilərinə də eyni qaydada yanaşmağı qəsd ediblər. Hər halda görünəni budur...

Amma belə davam edəcəkmi?

Bununla bağlı yalnız bir məqamı vurğulaya bilərik ki, nəinki adlarını çəkdiyimiz RİH başçıları, eləcə də seçkilərə müdaxiləyə yol verən digər rayon rəhbərləri barəsində ən sərt qqərraarlar veriləcək. Bunu Prezident İlham Əliyevin son siyasətindən, xüsusən də yeni təyin olunmuş icra başçılarına xitabından da net şəkildə duymaq olar. Hər halda vətəndaş narazılığı təkcə sosial problemlərdən qaaynaqlanmaya bilər... Burada seçkilər də önəmlidir, həm də daha önəmli....

Geri qayıt