Əsas Səhifə > Sosial, Manşet > Nazirliyin ayırdığı subsidiyanı bələdiyyə sədri necə mənimsəyir...
Nazirliyin ayırdığı subsidiyanı bələdiyyə sədri necə mənimsəyir...20-12-2019, 09:13 |
DİA.AZ: - Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır: "Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitini saxtakarlıq yolu ilə talan etmişdir.Belə ki, kənd təsərrüfatı məhsullarının əkilməsi üçün dövlət tərəfindən subsidiyanın verilməsi təmin edilir.Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov dövlət tərəfindən ona və ailə üzvülərinə verilmiş torpaq sahəsini satmış bundan sonra özünə və torpaq satdığı adama eyni torpağa görə qanunsuz olaraq subsidiya yazaraq dövlətin vəsaitini mənimsəmişdir. Həmçinin Qaraməryəm kənd icra nümayəndəliyinə tabe olan Qaraməryəm, Yekəxana, Şahsoltanlı və Qarayazı kəndlərində mühasib Səhrab Bağırov eyni əməlləri təkrarlamışdır.Belə ki, bu kəndlərin sakinlərinə məxsus topağın sahə ölçüləri və ödənilən subsidiya pulları araşdırılarsa Səhrab Bağırovun cinayət əməli təsdiqini tapacaq. Qaraməryəm, Yekəxana, Şahsoltanlı və Qarayazı kəndlərində əkilməyən torpaqlara subsidiyalar yazılır, əkin sahələrinin ölçüləri çox göstərilir, yonca əkilmiş sahəni buğda kimi qeyd edilir və digər saxtakarlıqlarla subsidiya pulları talan edilir. Bütün bu göstərdiyim faktlar mənim iştirakımla yerində araşdırılarsa tam subut olunacaq.Qeyd edim ki, Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırov bu cinayət əməllərini Göyçay Kənd Təsərrüfatı İdarəsinin rəhbərliyi ilə əlbir olub etmişdir. Bu korrupsioner cütlüyün cinayət əməlləri nəticəsində dövlət büdcəsinin küllü miqdarda vəsaiti mənimsənilmişdir. Həmçinin Səhrab Bağırov bizim ailəni aldadaraq saxta sənədlərlə bizə torpaq sahəi satmışdır. Buna görə həmin ərazidə tikinti işi apara bilmirik.Çünki bu ərazidən kommunikasiya optik kabel xətti keçdiyinə görə həmin torpaq sahəsi satıla bilməz. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən və Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimovdan xahiş edirəm şikayətimdə göstərdiyim faktları mənim iştirakımla yerində obyektiv araşdırıb korrupsiya əməlləri ilə məşğul olan Qaraməryəm bələdiyyəsinin mühasibi Səhrab Bağırovun və Göyçay Kənd Təsərrüfatı İdarəsinin rəhbərliyi barəsində ciddi tədbir görülməsinə tapşırıq verəsiniz". dia-az.life olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |