Əsas Səhifə > Sosial, Manşet > Şəkidə sahibkarlara kimlər qənim kəsilib?

Şəkidə sahibkarlara kimlər qənim kəsilib?


27-12-2019, 10:26
Şəkidə sahibkarlara kimlər qənim kəsilib?
Şəki rayonu, Abbaskənd sakini, İsayev Emin Davud oğlu tərəfindən Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova, “Azərenerji”Açıq Səhmdar Cəmiyyətin sədri Baba Rzayevə və digər səlahiyyətli qurumların rəhbərlərinə üzləşdiyi problemlemlərin həll olunması məqsədi ilə müraciət ünvanlanıb. Qeyd edək ki, Emin İsayev Şəki rayonunda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Rayonda işlətdiyi tütünqurutma məntəqəsinin sabit enerji ilə təchiz olunması barədə aidiyyatı qurumlara etdiyi müraciətlərin cavabsız qalması onu ölkə başçısı İlham Əliuev cənablarına müraciət etməyə məcbur edib. Aktuaslinfo.org vətəndaş Emin İsayevin ölkə başçısına etdiyi müraciəti olduğu kimi oxuculara təqdim edirik.O,yazır:

Çoxhörmətli cənab Prezident! Siz 2017-ci ilin avqustun 4- də Qax rayonuna növbəti rəsmi səfəriniz zamanı keçirdiyiniz respublika əhəmiyyətli kənd təsərrüfatı müşavirəsində regionda tütünkülüyün, fındıqçılığın və baramaçılığın inkişaf etdirilməsilə bağlı geniş çıxış etmişdiniz.. Müşavirədə çıxış edərək regionda qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı mühüm tapşırıqlar da vermisiniz.

Respublikada sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, torpaqlardan səmərəli istifadə olunmaqla ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyduğunuz vəzifələr ali məqsədlərə xidmət edir. Danılmaz həqiqətdir ki, xalqımız həmişə Sizin əmək adamlarına verdiyiniz yüksək qiymətin, göstərdiyiniz əvəzsiz qayğının şahidi olub, bunu özlərinin həyat səviyyələrinin yüksəlməsində aydın hiss ediblər. Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Cənab Prezident, məlumat üçün bildirmək istəyirəm ki, Şəki-Qax rayonlarının Rusiyailə sərhəddə yerləşən kəndlərinə qədər olan məsafənin 20-25 km olduğunu nəzərə alsaq, deməli bu iki inzibati rayon arasında yerləşən kənd təssərrüfatına yaralı torpaqların çox hissəsində əsasən tütün əkilmişdir. Biz də bir sahibkar olaraq Sizin bölgəmizdə vətəndaşların istehsal etdiyi yaşıl tütün məhsulunu quru hala gətirmək üçün onun qurudulub emal müəssisələrinə təhvil verilməsi işini yerinə yetirməyə çalışırıq. Bunun üçün öz vasaitimiz hesabına Şəki-Qax magistral yolunun 19-cu km-də 24 ədəd tütünqurutma avadanlığı quraşdırmaqla böyük bir tütünqurutma məntəqəsi yaradıb xalqın istifadəsinə vermişik. Lakin bir sıra çətinliklər yaranmışdır ki, biz onu həll etmək səlahiyyətində deyilik. Belə ki, məntəqəmizin işığa, təbii qaza və suya olan texniki şərtləri olsa da məhz elektrik enerjisinin verilməsində tez tez baş verən açılmalar zamanı biz məcburən generatorlardan istifadə edirik. Bu zaman sexdə olan xeyli yaşıl tütün standarta uyğun qurutma prosesinə məruz qalmadığından itkiyə məruz qalır.Bu səbəbdən biz hər il 30 ton tütün məhsulumuz xarab olduğundan tullanır. Ona görə də elektrik xəttinin gecə-gündüz işləməsi vacibdir ki, biz də bir sahibkar kimi strateji məhsul olan tütünü sonda xaricə ixrac edilməsi üçün standart formaya gətirə bilək. Doğrudur, biz bu məsələnin həll edilməsinə köməklik göstərilməsi üçün Şəki İşıq İdarəsinə müraciətlər etsək də onlar bizə izah etmişlər ki, Sizin məntəqəyə ayrıca elektrik xəttinin çəkilişi üçün gərək yuxarı instansiyalar icazə verə Bu bizim səlahiyyətimiz daxilində deyildir. Budur, bizim yuxarı instansilala etdiyimiz müraciətlərdən sonra verilən rəsmi cavablar bir birini təkzib edir. Belə ki, Enerji Məslələrinin Tənzimləmə Agentliyinin Şəki filialının böyük müfəttişi İmdad Nəbiyevin tərtib etdiyi 4 iyul 2019-cu il tarixli aktında qeyd edilir ki, bizim tütütnqurutma məntəqəmizin istifadə etdiyi 10 kV-luq “Biləcik” hava xətti dayanıqlı deyil. Çünki xəttin budaqlanmalarla birlikdə 16 km hissəsi meşə zolağından keçir. Və küləkli havada həmin zonada ağacların xəttin üstünə aşması nəticəsində enerji verilməsində fasilələrin yaranması qaçılmazdır.Digər tərəfdən hər hansı KTM də ( komplekt transformator məntəqəsi) baş verən problemi ləğv etmək üçün “Göynük” yarımstansiysını açmaq lazım gəlir.”

Bu cavaba arayış veririk ki, 16 km hissədə meşə zolağı yoxdur. Bunların nəzərdə tutduğu meş zolağı boyu 2-3 m olan kol kosdan ibarət yerlərdir ki, burada da hündürlüyü 13-16 m olan ağaclar ümumiyyətlə mövcud deyildir.

“Azərişıq” SC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Musa Məmmədovun 02 iyul 2019-cu ildə bizə yazdığı cavabda qeyd edilir:

“ “Biləcik” hava xəttində elektrik enerjisində fasilələrin səbəbi yalnızca xətdə baş vermiş qəza açılmalarının aradan qaldırılması və xəttdə aparılan təmir-bərpa işlərilə əlaqədardır. Başqa heç bir səbəbdən 10 kV-luq “Biləcik” hava xəttində açlma olmamışdır.”

Bu rəsmi cavaba arayış olaraq bildirik ki, sözügedən xəttdə təmir-bərpa işlərini reallıqda görən olmayıb. Bu “təmir” yalnız formal kağız üzərində aparılır.

AR Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin 29 iyul 2019-cu il tarixli cavabında isə bildirilir: “ Şəki Elektrik şəbəkəsinin rəisi Şahbaz Daşdəmirov bildirmişdir ki, KTM ayrıclarının ( açarlarının) olmaması səbəbindən qeyd olunan problemin yarandığını və məslənin həlli üçün ayrıca 10 kV-luq xəttin çəkilməsi üçün yeni texniki şərtin tütünqurutma məntəqəsi tərəfindən alınması tövsiyə olunmuşdur.” Göründüyü kimi, hər üç rəsmi dövlət orqanı mövcud problemlə bağlı üç müxtəlif cavablar verməklə zonada fəaliyyət göstərən biz, kiçik və orta biznes nümayəndələrini çıxılmaz vəziyyətə salırlar. əslində nə baş verir. Sözügedən zonada 1960-cı ildən mövcud olan bütün ağac dirəklər beton dirəklə reallıqda əvəz edilməli idi. Bütün 46 KTM-in hamısında hər hansı qəza baş verdiyi anda xəttin açılması üçün açarların olması vacib idi.(rəsmilər isə özləri etiraf edirlər ki, açarlar olmadığından bütün 11 kəndin elektrik təchizatını 1 kənddə yaranmış problemə görə dayandırmağa məcbur oluruq. Niyə bir adi açarın olmamasına görə yerdə qalan 10 kəndin əhalisi əziyyət çəkməlidir? Bunun adı SABOTAJDIR. Başqa adı ola bilməz. Digəri qeyd edir ki. xəttlər 16 km-lik meşə zolağından keçir. Keçirsə biz bu meşəni niyə görmürük? İndi də problemin həlli kimi bizim yenidən texniki şərt alaraq özümüzə 2.6 km uzunluqda öz hesabımıza ayrıca elektrik xətti çəkməyimiz tövsiyə olunur. Bu zaman təbii sual yaranır. Biz vətəndaşın günahı nədir ki, dövlət büdcəsindən hər il elektrik enerjisinin dayanıqlı verilməsi üçün ayrılan milyonlarla manat pulların aqibəti necə olur? Özləri də etiraf edirlər ki, KTM-lərdə adi açarların olmaması, yağların dəyişdirlməməsi ucbatından tez tez baş vermiş süni qəzalara görə əhalini dövlətin əleyhinə qaldırmağa çalışırlar. Hansı ki, ayrılan pullarla minlərlə belə sadə açarları almaq və KTM-ləri saz vəziyyətə gətirmək olardı. Hesab edirik ki, aidiyyatı orqanlar baş verməkdə davam edən korrupsiya hallarının qarşısını almalı, biz də daxil bütün sahibkarların və sadə vətəndaşların dayanıqlı elektrik enerjisilə təminatı bərpa olunmalıdır.

Möhtərəm cənab Prezident xahiş edirəm ki, şəxsi nəzarətiniz altında Şəki-Qax şossesinin 19-cu km-də tikib istifadə etmək istədiyimiz tütünqurutma məntəqəsinin tam gücüilə fəaliyyət göstərməsi, eləcə də zonada sabit elektrik enerjisi verilməsinin təmin olunması üçün aidiyyatı orqanlara lazımi göstərişlərinizi verəsiniz.

Geri qayıt