Əsas Səhifə > Sosial, Manşet > Onun Şamaxıdakı fəaliyyəti araşdırılır...
Onun Şamaxıdakı fəaliyyəti araşdırılır...9-01-2020, 11:08 |
DİA.AZ: - Hazırda Beyləqan rayonuna rəhbərlik edən Şamaxının keçmiş icra başçısı Asif Ağayevin durumu kifayət qədər gərgindir və onun da barəsində hüquqi işləmlər başlaya bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, hazırda Şamaxıya yeni icra başçısı - Tahir Məmmədov rəhbərlik etsə də, rayonda məhz köhnə problemlər səbəbindən ümumi gərgin ab-hava hələ də qalmaqdadır və Şamaxıdan paytaxta ünvanlanan şikayətlər seriyası intensivliyini dəyişməyib. Mənbənin dia-az.life-a söylədikləri: "Söhbət təbii ki, Asif Ağayevin dövründəki özbaşınalıqların fəsadlarından və bu zaman hədəfə çevrilən Şamaxı sakinlərinin etirazlarından gedir. Təkcə bir istiqamət üzərə - rayonun abadlıq və quruculuq işlərinə ayrılan vəsaitlərin xərclənməsindən tutmuş RİH-in adi dəftərxana xərclərinə qədər baş verənlər araşdırlarsa, buradan Asif Ağayevə qalın bir ittiham dosyesi çıxarmaq mümkündür". Mənbə iddia edir ki, yaxın günlərdə Beyləqanın icra başçısı ilə bağlı hüquqi addımlar atıla bilər: "Çünki Ağstafanın fəaliyyətdə olan, Yevlaxınsa işdən çıxarılmış icra başçılarının həbs edilməsi camaatda dövlətə olan inamı daha da artırmış oldu. Buna görə də Asif Ağayevlə bağlı ictimaiyyətə bəlli olan konkret faktlar rəsmi qurumlara müraciət şəklində ünvanlanmaqdadır. Bu faktlarda isə ciddi ittihamlar əks olunub və görünəni odur ki, kimsə Asif Ağayevi bağışlayacaq əhvalda deyil". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |