Əsas Səhifə > Sosial, Manşet > Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış

Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış


20-01-2020, 13:16
Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış
Deputatlığa namizəd deputat Hüseynbala Mirələmov və mədəniyyət naziri Əbülfəz Qarayevin Panamada fəaliyyət göstərən RİMBA S.A. şirkətinin Azərbaycanda filialı da var.

AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib. Onun sözlərinə görə, offşor şirkətin filialı 2005-ci il fevralın 9-da Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib.

Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov, ev 83 olan filialın qanuni təmsilçisi Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının aparat rəhbəri və hakim partiyanın seçkilərdə səlahiyyətli nümayəndəsi Mayıl Qəşəm oğlu Kərimovdur.
Nazirlə deputatın şərikli şirkəti - RİMBA S.A. 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib. Şirkət tipi anonim cəmiyyətdir.

Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış
Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış


Geri qayıt