Əsas Səhifə > Sosial, Manşet > Əli Həsənov haqqında ŞOK TƏFƏRRÜATLAR
Əli Həsənov haqqında ŞOK TƏFƏRRÜATLAR6-02-2020, 04:29 |
Yazım bir az uzundur, amma səbir edib oxusanız, Sona və Əli Həsənovlarla bağlı bilməyiniz gərəkən məqamlarla tanış olacaqsınız. Əvvəlcədən deyim ki, bu yazımı qisasçı yazı kimi görməyin, xahiş edirəm. Nə də ki, “indi vəzifədə deyil deyə yazmağa başlayıb” kimi düşüncəyə qapılmayın. Bilənlər bilir, mən hər zaman sözümü mədəniyyət çərçivəsində deməyi bacarmışam. Sadəcə yazmaq istədiyim və yaza bilmədiyim, ya da yazıb sonradan sildiyim yazılar başqalarını pis vəziyyətdə qoymamaq üçün olub. Tək özümü düşünməmişəm heç vaxt. Hər şeyi çılpaqlığı ilə demək olmur. Amma, onların dost dedikləri insanlara etdikləri xəyanət də üzə çıxdığı üçün, artıq onlar barədə yazmağımın heç kimə zərəri olmayacağı üçün yeri gəldiyi zaman yazıram. Durduğum yerdə, qisas alım deyə yazmıram. Belə xarakter sahibi deyiləm. Olan olub, keçən keçib. Hər kəs yoluna pis ya da yaxşı davam edir. İndi sizə, maraqlı bir yazı təqdim edəcəyəm. Mətbuatdan oxudum ki, Sona Vəliyeva (Əli Həsənovun həyat yoldaşı) bir müraciət edib. Rəhbərlik etdiyi “Kaspi” qəzeti bu il KİV-ə yardımdan məhrum edilib. Hər il şəxsi büdcələrini dövlət hesabına artıran bu ailə bu məsələdən çox narahat olub və Sona xanım müraciət edib. Sona Vəliyeva, pulla sınanmaq çox pis bir haldır, doğru deyilmi? Siz və yoldaşınız bu hissi bundan sonra anlaya bilərsiniz yəqin. Sona Vəliyeva müraciətində 1999-cu ildə təsis etdikləri qəzeti tarixi “Kaspi” qəzeti ilə əlaqələndirib. KONKRET.az-da “Sona Vəliyeva hakimiyyətə meydan oxuyur” yazısında bütün bunların qısa izahı verilib. Mən başqa bir məsələyə toxunmaq istəyirəm. Sona Vəliyevanın yazısını oxuyanda belə hiss olunur ki, guya o, özünü yox, işçiləri düşünür. Guya işçiləri işsiz qalacaq deyə narahatdır. Nədənsə belə insanlar dar anlarında həssas məqamları xatırlayır və işçilər işsiz qalar deyə duyğu sömürüsü edərək kimlərəsə mənəvi təsir göstərməyə çalışır. Sona Vəliyeva, inciməyin, riyakarsınız. Heç vaxt səmimi olmadığınız üçün, indi bu geyindiyiniz səmimiyyət donu sizə yaraşmır. Əyninizə böyük gəlib. İçində üzürsünüz. Çünki səmimiyyət çox böyük ölçülüdü. Sizin ölçüləriniz işə çox-çox xırdadır. Çıxarın bu donu. Özünüz “şair”siniz, guya “mənəviyyat” insanısınız. Siz bunları bilməlisiniz. Mövlana nə deyib? Deyib ki, “Necə insanlar gördüm, üstünde elbisesi yok, necə elbiseler gördüm, içinde insan yok!”. İndi sizin də bu “səmimiyyət” donunuz var, amma içi boşdu. Siz yoxsunuz orda. Siz də Əli Həsənovun və özünüzün səmimiyyətdən uzaq, riyakar olduğunuzu bilirsiniz, amma mən də xatırladım sizə. Əvvəla, siz mətbuata sırınmısınız. Sizin mətbuatla heç bir peşəkar əlaqəniz olmayıb, bağlarınız olub. Bu da sırf biznes bağlarıdır. Sizin üçün qəzet bir mətbuat orqanı yox, bir maliyyə mənbəyidir. Sizin üçün qəzet cəmiyyətə faydalı olmaq yox, bir kağız yığınıdır. Bu kağız da puldur, üstünə dəyərlərin yazıldığı bir kağız yox a, əslində dəyərləri silən, şərəfləri satın alan kağız, yəni pul. Çünki siz həyat yoldaşınızla bunları yaxşı bilirsiniz. Çünki siz bu yolla neçə-neçə şərəflər satın almısınız. Ona görə də həyat yoldaşınız işdən çıxarılanda, onun haqqında həqiqətləri ilk onun böyük pullar verdiyi insanlar yazdı. Çünki onlar bunu yoldaşınıza bağışlamamışdı. Yoldaşınız onların dəyərlərini öz “dəyərləri” ilə, yəni pulla satın almışdı. Həmin adamlar pulu yeyə bilmişdilər, amma şərəflərinin əldən getdiyini həzm edə bilməmişdilər, çünki şərəflərini almışdı onlardan. Şərəf asan alış-veriş predmeti deyil. Düzdür, həyat yoldaşınız heç nə qazanmamışdı, amma satan çox şey itirmişdi. Geri ala da bilmirdi, çünki elə şeylər var ki, bir dəfə itirsən, ikinci dəfə qazana bilmirsən. Yəni pul kimi deyil. Ən azı, guya işçilərinizin işsiz qalması səbəbini əsas gətirərək prezidentə bu müraciəti etməyə ailəcə sizin mənəvi haqqınız yoxdur. Ona görə yoxdur ki, siz özünüz də bilirsiniz ki, sizin həyat yoldaşınız mən də daxil olmaqla neçə-neçə tanınmış, peşəkar və şəxsiyyət kimi duruşunu ortaya qoyan jurnalisti işsiz qoyub. O jurnalistlərin icazəsi olmadan adlarını yazmaq istəmirəm, amma bu gün insanların sual verərək “filan jurnalist niyə yoxdu”, deyib axtardığı bütün jurnalistləri sizin həyat yoldaşınız Əli Həsənov işsiz qoyub. Hətta bununla kifayətlənməyib, onlar kənardan pul da qazana bilməsin deyə mütəmadi təqib elətdirib, hər yerdən yollarını bağlatdırıb. Hər TV-də və media orqanındakı adamlarına tapşırtdırıb onları tamamilə mətbuatdan silmək, ac və möhtac qoymaq istəyirdi ki, nəticədə heç yerdən iş tapmayıb, çarəsiz qalsın və onun ayağına getsin. O da 300-500 manata onların şərəfini satın alsın və öz troll ordusuna qatsın. Beləcə ”bir jurnalisti də sındırdım” deyib dəftərçəsində onun adının qarşısına “buna da bir quş” deyib qeyd eləsin. Siz bunları yaxşı bilirsiniz. Və yaxşı bilirsiniz ki, həmin bu jurnalistləri də işdən çıxartdıranda prezidentin adından istifadə edib media rəhbərini qorxudurdu. Mənim məsələmdə siz də ondan təmiz deyildiniz. Xatırlayırsınızsa, sizin ofisinizdə görüşmüşdük. Mənim Rövnəq Abdullayevlə bağlı mütəmadi yazdığım yazılardan Əli müəllim də narahat idi və Rövnəq müəllim də. Əli Həsənovun mənimlə nə ədavətinin olduğunu soruşmaq üçün sizin ofisinizdə üzbəüz görüşmüşdük. Siz də mənə demişdiniz ki, “Ramal, sən Əli müəllimin yox, prezidentin qəzəbinə tuş gəlmisən”. Amma halbuki mənim gözümün içinə baxa-baxa yalan danışırdınız. Unudurdunuz ki, qarşınızda əlaqələri güclü olan bir jurnalist oturub. O, bu məsələni çoxdan bilir. Amma siz ailəcə çirkin əməllərinizi prezidentin adı ilə edirdiniz. Sona Vəliyeva, sizin həyat yoldaşınız məni işdən çıxartdıranda, o, baxmamışdı ki, mənim böyük məbləğdə kreditim var və bu insan böyük zərərə və borca düşəcək. Sizin yoldaşınız Xəzər TV-ni öz oğluna vermək, televiziyanın T-sından anlayışı olmayan övladınıza böyük bir TV biznesi yaratmaq üçün başqasının oğluna pislik etmişdi, haqqına girmişdi. Tək mənim yox, neçəsinin. Bu haqq sizin boğazınızdan keçir… Həyat yoldaşınız televiziyanı ələ keçirmək üçün məndən istifadə etmişdi. Mənim verilişimi bir hadisəyə çevirib, bu hadisədən TV rəhbəri Hüseyn Dinləməzi yanına çağırıb onu küçə söyüşləri ilə təhqir etmişdi. O Hüseyn Dinləməz ki, onun rəhbərliyi dövründə Xəzər TV ən mənəviyyatlı və azad bir kanal idi. O insanı sənin həyat yoldaşın ağlaya-ağlaya geri göndərmişdi. Hüseyn Dinləməz məni ağlaya-ağlaya işdən çıxarmışdı və yoldaşın ona demişdi ki, Ramal hardasa danışsa, bil ki, sizi iti qovan kimi qovacam ölkədən. Mənim bütün verilişlərimi və işçiləri də işdən çıxartdı. Amma halbuki, mən demişdim ki, problem mənəmsə, o zaman mən gedirəm, bu günahsız insanları işə qaytarın və mən də onlara, sizə görə susacam. Sona Vəliyeva, həyat yoldaşın bilməsin deyə kanal rəhbəri mən iş tapana qədər mənə maddi dəstək oldu, mən kreditimi ödəyim deyə mənə gizlincə dəstək olurdu. Əli Həsənov bilməsin, bilsə bizi məhv edər… İşçisinin işsiz qalmasından narahat olan insanlar onlar idi. Amma yoldaşın sakitləşmirdi, izlətdirirdi. Mən şirkətdə görünəndə didik-didik araşdırtdırırdı ki, Ramal niyə gəlib və ən sonda mən o yardımdan da imtina etməli oldum ki, mənə görə onlar problem yaşamasın. Daha sonra yoldaşınız nə etdi, bunu da bilirsiniz. Mənə bir nəfərin üzünə durum deyə zəng etdi. Dedi ki, bilirəm, sənə qarşı haqsızlıqlar olub. Utanmadan öz etdiyini 3-cü şəxslərə yazmaq istəyirdi. Dedi ki, filankəsi həbs etdirmək lazımdı, bunu edək, sənə hər yerdə yaşıl işiqdı. Çox acınacaqlıdır, düzdü? Şərəf alqı-satqısı sırası mənə gəlmişdi. Mən öz ləyaqətimə görə bu çirkin təklifə getmədim. Çünki bilirdi ki, ehtiyac içində qalmışam və indi zamanıdır. İşə keçim… Amma bunu eləmədim deyə, ümumiyyətlə, mənlə danışmaq məsələsini belə bağladı. Çünki onun qürurlu, dəyərləri olan insanlardan acığı gəlirdi. Bunların hər birinin sübutu var. Diqqətli olan şəxslər medianı izləsə, məsələni anlayacaq. Sona Vəliyeva, həyat yoldaşın TV-nin vitse-prezidentinin nurçu adı ilə gizlincə ölkəyə girməsinə qadağa qoyanda və adam aeroportdan geri göndəriləndə gözünün yaşına baxmadınız, niyə? O da bir işçi deyildi? Ailəsinə aid olan əşyalarını belə götürməyə izn vermədiniz. Türkiyəyə qayıtsaydı, həbs ediləcəkdi, Gürcüstana getdi və əşyalarını kimlərsə gücü çatdığı qədər ona verə bilmişdi. Bəs bu, hansı insanlığa sığırdı? Nurçularla mübarizədə də riyakar idiniz. Əgər məqsəd Nurçu məsələsi idisə, o zaman nə üçün onlardan biri, reklam müdiri Gökhan hələ də TV-nin reklam müdiridir? Onu niyə göndərmədiniz? Çünki türk şirkətlərinin reklamını gətirirdi? Pul axı sizin üçün dövlət maraqlarından da üstün idi. İndi siz bunları bilmirdim desəniz, çox gülərəm. Bu hələ öz üzərimdən misal gətirdiyim faktdır. İndi siz də qalxıb müraciət edirsiniz ki, işçilər işsiz qalacaq? Ərinizin işsiz qoyduğu işçilərin haqqını müdafiə etmək üçün nə etdiniz bəs? Gəlmişdim yanınıza ki, mənimlə nə dərdi var o insanın? Cavabınız nə oldu? O səni çox istəyir, sən peşəkar televiziyaçısan, sənlə heç vaxt problemi olmaz. Amma siz hər zamankı kimi yalan danışırdınız. Səmimi deyildiniz. O televiziyanı ələ keçirmək üçün məndən istifadə etdi. Guya sizin oğlunuz onun işdən çıxardığı jurnalistlərdən çox bilirdi və məhz o, TV rəhbəri olmalıydı. Amma peşəkarlar gedib fəhlə işləməliydi? Sizin oğlunuz prezident olmalıdı və efiri mənəviyyatdan mənəviyyatsızlığa doğru aparmalıydı? Oğlunuzu hansı tv təcrubəsinə görə, o vəzifəyə layiq bildiniz? Seriallara ayrılan büdcələrin də sizə axıdılması üçün oğlunuza açdığınız film şirkətində filmlər çəkdirirdi ona görə? Film çəkmək istəyirdi, gedib filmini çəksin də, tv rəhbəri niyə olmalıydı ki? TV film deyil ki, fantaziya üzərində qurulsun. TV qaydaları olan, real həyatın özüdü. O qaydalar ki, sizin oğlunuzun ondan xəbəri yox idi. Amma prezident olmalıydı, eləmi? Sizin məqsədiniz peşəkar jurnalistləri və redaktorları müğənni produserlərinə yem etmək idi? Produserləri TV rəhbərliyinə qədər gətirdi oğlunuz. Adi kondisioner işləməyəndə müğənni prodüseri redaktordan şikayətlənəndə, sizin oğlunuz ona bilirsinz də nə deyirdi? Kimdi o, çıxarım işdən! Kondisioner işləmir, sevimli prodüseriniz bundan redaktoru məsul tutur və oğlunuz da deyir ki, de onu işdən çıxarım. Siz də indi işçiləri düşünürsünüz guya? Sizin ailəcə çörəyə bais olmaq kimi sevimli məşğuliyyətiniz var. Mən sizi ailənizdən ayrı tuta bilmərəm, inciməyin, çünki o oğul da sizindi, o ər də. Siz haqsızlıqlara susmusunuzsa, ya da bir addım atmamısınızsa, deməli mənəviyyat yox, maddi maraqlar sizin üçün önəmli olub və indi də guya işsiz qalacaq işçiləri düşünən qayğıkeş obrazına bürünməyin. Sona Vəliyeva, müraciətinizdə deyirsiniz ki, qəzetin işçilərinin işsiz qalması yolverilməzdir. Sizə sual verirəm, ölkədə ANS kimi kanal bağlandı, işçilər işsiz qaldı. Bəs siz işsiz qalan insanlar üçün müraciət etdinizmi? Yox əlbəttə… Niyə? Çünki kanalın bağlanmasında da ərinizin birbaşa əli var idi. APA xəbər agentliyi kimi böyük qurum bağlandı və işçiləri işsiz qaldı. O zaman danışdınızmı? Yenə də YOX. İndi öz əliniz əzilib deyə, səsiniz yaman bərk çıxır. Sona Vəliyeva, başqa bir sual verim sizə. Eyni məzmunda fəaliyyət göstərən dövlət qəzetləri var ikən, büdcədən özəl qəzetə niyə yardım edilməlidir? Özünüzdə bu haqqı necə görə bilirsiniz? Dövlətin büdcəsinə nə üçün yük olmalısınız? Media sahəsində 3 radio, bir TV və saytların sahibisiniz. Onlar da ələ keçirmədi. Bir qəzetiniz də olmasın. Eybi yoxdu, o qəzetinizdə işlətdiyiniz qohum-əqrəbanız, sizə yaxın jurnalistlər olmasın. 300 manat pul verirsiz, onlar harda işləsələr o 300 manatdan çox alacaqlar. Çox düşünürsünüzsə, başqa bizneslərinizdən gələn gəlirlərlə idarə edin qəzetinizi və işçilərinizi. Sizdə pul yoxdu ki? Ən ucuz evinizi satsanız, hələ 5 qəzetə də 5 il maliyyə dəstəyi verə bilərsiniz. Bir az da siz düşünün. Ramal Dövran Hüseynov //konkret.az// Geri qayıt |