Əsas Səhifə > Sosial, Manşet > Nazim İbrahimovun dolayı biznesi...

Nazim İbrahimovun dolayı biznesi...


24-02-2020, 09:17
Nazim İbrahimovun dolayı biznesi...
Teref.az yazır ki, 2017-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsidə "birdəfəlik" şirkətlərdən istifadə edirdi. Bunu araşdrmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə paylaşdığı araşdırmasında bildirir. Cavanşir Həsənli yazır:
"Yeri gəlmişkən, üç il əvvəl Almaniyanın Köln və Münxen şəhərlərində də Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz mitinqləri keçirilmişdi.
O zaman Diasporla İş üzrə Dövlət Komitəsi aksiyanın Kölndə təşkilinə 46147,16 manat, Münxendə təşkilinə isə 45163,93 manat pul silmişdi.
Hər iki tədbirin təşkili üzrə satınalmalar tədbirdən cəmi bir neçə gün qabaq, 2017-ci il fevralın 7-də Azərbaycanda qeydiyyatdan keçirilmiş "SMART GLOBE İNN" MMC-yə həvalə edilmiş, bunun üçün yüz min manata yaxın vəsait bu şirkətin hesabına köçürülmüşdü.
Reyestr məlumatlarına görə şirkətin qanuni təmsilçisi RAHİB ƏHMƏDOV XANƏLİ OĞLU, hüqüqi ünvanı NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 42, m. 58-dir. Başqa heç bir "fəaliyyəti" olmayan şirkət maliyyə ilinin sonunda (2018-ci ilin mayında) ləğv edilib.

Əlavə qeyd: AZƏRTAC-ın xüsusi müxbiri o zaman xəbər vermişdi ki, Kölndəki aksiyanı Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyi, Münxendəki aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münxendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər".
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq!

Nazim İbrahimovun dolayı biznesi...

Geri qayıt