Əsas Səhifə > Sosial, Manşet > "8 aydır işləyirik, nə müqaviləmiz var, nə də pulumuzu ala bilirik"
"8 aydır işləyirik, nə müqaviləmiz var, nə də pulumuzu ala bilirik"6-03-2020, 10:57 |
Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki binalardan birinin təmir-bərpa işləri ilə məşğul olan bir qrup fəhlə “Akkord İnşaat” şirkətindən narazıdırlar. İddia edirlər ki, aylarla işçi olmalarına baxmayaraq şirkət onlarla nə müqavilə bağlayıb, nə də məvaciblərini ödəyib. Şikayətçilərdən bir neçəsi vəziyyəti belə şərh edir: “Sentyabrdan bəri işləyirik öz əmək haqqımızı ala bilmirik. Bizim 1500, 3000, 5000 manat pulumuz qalıb”. Məsələ ilə bağlı “Akkord İnşaat” şirkəti ilə əlaqə saxlamağ çalışsaq da zənglərimizə cavab verən olmadı. Geri qayıt |