Əsas Səhifə > Sosial, Manşet > "Qusarda da əməliyyat keçirilsin..."

"Qusarda da əməliyyat keçirilsin..."


9-03-2020, 11:46
"Qusarda da əməliyyat keçirilsin..."
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Qusar rayon sakini yerli icra başçısı Şair Alxasovun fəaliyyətindən giley edirlər. Narazı vətəndaşlar DİA.AZ vasitəsilə ölkə başçısına müraciət edərək bildirirlər ki, əgər Ağstafada, Neftçalada keçirilən əməliyyatlardan növbətisi Qusarda keçirilərsə, burada da icra başçıları və onun müavin və şöbə müdirləri də həbsə yola salınacaq.

Sakinlər dia-az.life-a yazır: "Təkcə Şair Alxasov yox, onun müavinləri və ümumiyyətlə, Qusar RİH-in bütün heyəti, rayonun vəzifəli şəxsləri bu gün Neftçaladakından da betər bir korrupsiya şəbəkəsi qurublar, o qədər özlərini suda balıq kimi rahat hiss edirlər ki, bu gün Qusarda məmurların kabineti alış-veriş yerinə dönüb. DTX Qusarda da əməliyyat keçirsə, bu faktlar üzə çıxar. Şahid tapmaq da çətin olmayacaq. Çünki bu gün Şair Alxasovun əməllərinə bütün Qusar camaatı şahidlik edir".

Sakinlər müraciətlərinin sonunda bildirirlər ki, əgər vəziyyət bu şəkildə davam edərsə, Qusarda bir nəfər də qalmayacaq: "Onsuz da hamı başını götürüb rayondan qaçır. Belə davam edərsə, bir nəfər də Qusarda qalmayacaq..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt