Əsas Səhifə > Sosial, Manşet > Şəmsəddin Xanbabayevlə bağlı ilginc iddialar...

Şəmsəddin Xanbabayevlə bağlı ilginc iddialar...


12-03-2020, 09:55
Şəmsəddin Xanbabayevlə bağlı ilginc iddialar...
Bir neçə gün əvvəl xəbər yayıldı ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs həbs olunublar. Onlar bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul aldıqlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar. Ölkədə aparılan antikorrupsia tədbirlərinin fonunda bu, bəlkə o qədər də sensasiya doğurmazdı. Amma saxlanılan Emil Hüseynovun Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkəni olduğunun üzə çıxması və qaynatanın özünün də bu faktı təsdiqləməsi KİV-ə maraqlı mövzu verdi.Hər şeydən əvvəl yada salmağa dəyər ki, dövlət başçısının çağırışına əməl etmək məcburiyyətində qalıb istefa verən rəhbər vəzifəli şəxslərdən 81 yaşlı Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyətinin başçısı vəzifəsindən getməsinin səsi çox gur çıxmışdı və keçmiş başçının ünvanına səslənən ittihamlarla müşayiət olunmuşdu. İcra Hakimiyyəti başçısı dəyişdirilən kimi Xaçmaz rayonu ilə bağlı mediada sensasion məlumat yayıldı. Sabiq İH başçısı Şəmsəddin Xanbababayevin adının da keçdiyi həmin məlumatda bildirilirdi ki, Prezident Administrasiyasından Xaçmaza ayrılmış 600 iş yeri kvotası ictimai işlərə cəlb olunmalı olan adamların sadəcə 30 nəfəri işləyirmiş, yalnız kağız üzərində adları gedən qalanlarının isə minimum əmək haqqı məbləği daşıyan maaş kartlarının əksəriyyəti Şəmsəddinin, bir qismi də digər vəzifəli şəxslərin cibində imiş. Məlumatda həmçinin bildirilirdi ki, bu faktın üstünü təzə gələn icra başçısı Elnur Rzayev açıb.“Dəryaz” qəzeti bu mövzuya artıq bir dəfə toxunmuş, oxucularına xatırlatmışdı ki, Hələ 2007-ci ildən başlayaraq Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev Quba bazarında fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi, şairə Nəcimə Babayevaya qarşı addımlar atıb, dövlətin gücündən istifadə olunmaqla, inzibati resurslardan bəhrələnməklə sahibkar xanıma qarşı əsassız məhkəmə davaları açdırıb. 2010-cu ildə isə Şəmsəddin Xanbabayevin xoşlamadığı şairə Nəcimə Babayeva evində vəhşicəsinə qətlə yetiriləndən sonra hələ də cinayətkar tapılmayıb, qətl bu günə qədər açılmamış cinayət dosyesi olaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindədir. Nəcimə Babayevanın qızı, “Arzu” Özəl Ticarət Mərkəzinin sahibəsi Gülnarə Həbibova isə mübarizəsindən dönmür və KİV-lə anasının qətlinin sifarişçi və icraçılarına mesaj ünvanlayıb: «Bütün bu işlərin arxasında dayanan şəxslərin kimliyini gözəl bilirik. Anamıza qarşı addımlar atdılar, min cür hiylə-fəsad törətdilər, alınmadı. Anamın qətlinə fərman verildi. İllərdir ki, eyni ssenarilər bizə qarşı işlədilir. Bizim inamımız Azərbaycan dövlətinə, mülkiyyətimizin qarantı kimi prezident İlham Əliyevədir. İnanırıq ki, gec-tez anamın qətlinin sifarişçisi də, killeri də, bizə qarşı bu oyunları quranlar da qanun qarşısında dayanacaqlar. Hələliksə, biz mübarizəmizi davam etdiririk. Kimsə düşünməsin ki, bir addım geri çəkiləcəyik. Bu mümkün deyil”.Onu da qeyd etmişdik ki, Şəmsəddin Xanbabayev Xaçmazda hakimiyyətdə olduğu dönəmdə yiyələndiyi obyektləri itirməmək, vəzifəli şəxslərə təzyiq rıçaqlarını əldə saxlamaq, eləcə də törətdiyi, rəvac verdiyi qanunsuzluqların üstünün örtülü qalmasını təmin edə bilmək üçün YAP Xaçmaz rayon təşkilatının sədri vəzifəsini buraxmayıb. Amma indi söz gəzir ki, Xanbabayev obyektlərin bir çoxunu təcili satışa çıxarıb. Görünür, əmlakın satışından əldə olunacaq pulu kürəkənini dardan qurtarmaq üçün sərf etməyi düşünür.Əlbəttə, Emil Hüseynovun həbsinə səbəb olan faktın onun qol qoduğu yeganə korrupsiya əməli olduğunu düşünmək sadəlövhlük olardı. Ehtimal böyükdür ki, o, rüşvətxorluğa çoxdan, hələ qaynatası icra başçısı olduğu dönəmdən başlayıbmış. Sadəcə, onun “toxunulmazlığını” qaynatasının statusu, əlaqələri təmin edirmiş. Görünür, Xanbabayev əvvəlki əlaqələrini itirdiyindən, başa düşüb ki, “bu həna o hənadan deyil” və əmlakının satışından əldə olunacaq pulu kürəkənini dardan qurtarmaq üçün sərf etməyi düşünür.
Deryaz.az

Geri qayıt