Əsas Səhifə > Sosial, Manşet > Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır

Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır


6-04-2020, 11:31
Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır
DİA.AZ: - "Nərimanov rayon məhkəməsinin 06 may 2019 -cu il tarixli qətnaməsi ilə Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasına ortaq olan “Rəvan Sığorta “ ASC şirkətinin yediyini geri qaytarması qət olunub. Məhkəmə 3-cü şəxs Qarabağ əlilinin tələbi üzrə nəinki tərəfləri dinləyib , ümumiyyətlə , heç bir qərar qəbul etməyib . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 229-cu maddəsinə görə, belədə əlavə qətnamə qəbul edilməlidir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hakim Vüqar Quliyev isə cavabdeh ilə qeyri-prosessual ilişgi sonucunda , nə 3-cü şəxsin ərizəsinə baxıb, nə də şikayəti apellyasiya instansiyasına göndərib. Qarşı tərəfin şikayətini isə müddətin keçməsinə baxmayaraq, yuxarı instansiyaya gizlincə “ötürüb” . Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev , Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü də yayın cırhacırında gizlincə qarşı tərəfin şikayətini qismən təmin edib ki , “İcra haqqında” qanunun 68.1.2 maddəsi müharibə əlilinin pensiyasından borc adına məbləğ tutulmasına qadağa qoysa da , cavabdeh “Rəvansığorta” şirkətinə ilişgidə tətbiq oluna bilməz. (??) Hətta düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı iddiaçı Qarabağ əlili Xaliq Abbaszadəyə hədə - qorxu gəlinib ki , kassasiya şikayəti versə , olmayan icra sənədi yaşadığı mənzilə yönəldiləcək . Müstəqil tələb irəli sürən 3-cü şəxs Qarabağ əlili M. Bədəllinin isə yenə də nə özü , nə də təbii ki, tələbi “yada düşüb” . Qarabağ əlillərinin kassasiya şikayəti vermək üçün ərizələrinə də “yarımçıq baxan” Elşad Şamayev və kolleqaları 31 . 10. 2019 tarixli qərardadla iddiaçıya vəkil ayırıblar , (yeri gəlmişkən vəkil şikayəti yazıb və Ali Məhkəməyə göndərib) , amma 3-cü şəxsə vəkil ayrılmasını unudublar. 3-cü şəxs Qarabağ əlilinin çoxsaylı şikayətlərinə cavab olaraq yenidən vəkil ayrılmasına ərizə verməsi tələb olunub , lakin bunun “müddətin keçməsi nədəni” ilə imtina üçün bəhanə olacağını anlayan əlil tələbi rədd edib və hələ də vəkil ayrılması təmin olunmayıb . Əksinə , 3-cü şəxs bir yana, iddiaçı Qarabağ əlilinin də kassasiya hüququ pozulub . Bakı Apellyasiya Məhkəməsindən Elşad Şamayevin katibi olduğunu deyən xanım işin Ali Məhkəmədən geri alındığını , yanlışlığın düzəldiləcəyini və vəkil ayrılacağını 3-cü şəxsə telefonla bildirib və şikayət etməməsini diləyib . İndi 6 aydır 3-cü şəxsə vəkil ayrılmır , bəlkə də ayrılıb, amma Vəkillər Kollegiyası (VK) qərarı icra etməyi “unudub” , vəkilin şikayəti yazmasını təmin etməyib . Ümumiyyətlə, VK-nın vəkil ayrılması haqqında məhkəmə qərarlarını icra etməyi “unutması” qayda halını alıb. Təsəvvür edin, Şəki Apellyasiya Məhkəməsinin 24. 05.2019 tarixli qərardadı 7 aydan sonra icra olunub və Ali Məhkəmə müddətin keçməsi nədəni ilə kassasiya şikayətini mümkün saymayıb . Yəni apellyasiya instansiyasının , VK-nın MPM-ə , qanuna, Konstitusiyaya, elə məhkəməyə hörmətsizliyindən yenə də Qarabağ əlili ziyan çəkərək kassasiya hüququndan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin 23.10.2019 tarixli 2 (107)-588 saylı Ağsu RİH və digərlərinə qarşı iddianın mümkün sayılmaması haqqında qərardadından kassasiya şikayəti verməyə də 6 aydır vəkil ayrılması , ayrılan vəkilin şikayəti yazması təmin olunmur.

Nə isə , Şəkini Bakıya qatmayaq . Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü “qaş düzəltmək yerinə, vurub gözü də çıxarıblar “ . İş geri alındığından nə Ali Məhkəmənin icraatında olan işə baxılması mümkün olur , nə vəkil ayrılır, nə də iş yenidən Ali Məhkəməyə qaytarılır! (?) İndi bu labirintdən çıx görüm , necə çıxırsan ? ! Hələ də məhkəmələr , Ədliyyə Nazirliyi , ƏƏSMN yanında DSMF ilə qeyri-prosessual ilişgi sonucunda Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan Sığorta “ şirkəti “şərəflə” yeyir. Hələ üstəlik Yasamal məhkəməsinə (hakim Ramin Qurbanov) bu “şərəfli” yemə xor baxan Qarabağ əlillərinin xüsusi ittiham qaydasında cinayət işinə uğradılması sifarişi də verilib ! (?

Burdaca nöqtə qoymaq çağıdır , nədən bu ayrıca qonudur".

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt