Əsas Səhifə > Sosial, Manşet > Ucarın icra başçısı nə işlə məşğuldur ki?
Ucarın icra başçısı nə işlə məşğuldur ki?23-04-2020, 09:49 |
Ucarın Bağman-Bərgüşad kəndində yaşayan Xədicə, Rəfiqə və Fatma bacılarına kömək lazımdır. “Aradabir qonşular 1-2 manat nəzir eləyir bizə, çörək alırıq, şəkər tozu alırıq... O da həmişə olmur. Dediyim kimi, aradabir olur”. DİA.AZ bildirir ki, Ucarın Bağman-Bərgüşad kəndində üç bacı yaşayır – Xədicə, Rəfiqə, Fatma Novruzovalar... Xədicə xanımın 57, Rəfiqə xanımın 61, Fatma xanımın 53 yaşı var. Ötən il yerli KİV bu qadınların probelmlərini işıqlandırıb. Ancaq həmin problemlər hələ də həllini tapmayıb. Bacılar yenidən mətbuata üz tutublar. Xədicə Novruzova danışır ki, xəstə olduqlarına görə heç biri işləmir. Ailənin durumu ürəkaçan deyil: “Heç birimiz ailə qurmamışıq. Qismət Allahdandır. Neynək, indi bizim də bəxtimizə, taleyimizə belə yazıldı. Heç kimimiz, kimsəmiz yoxdur. Üç bacıyıq, birimiz yıxılanda o birimiz əlindən tutub qaldırırıq. Bacılarım kənddə, yaxınlıqda uzun müddət iş soraqlayıb, tapmayıblar. Həmişə belə kasıb olmuşuq, ancaq aclığa dözmüşük. İndi yaş o yaş deyil ki, aclığa qalib gələk, günbəgün taqətdən düşürük”. Xədicə xanım deyir, bacıları olmasaydı, çoxdan həyatla vidalaşmışdı: “Dediyim kimi, 10 ildir yataq xəstəsiyəm, bacılarım baxır mənə... Allah bu bacıları mənə çox görməsin. Onlar olmasa, hərəkət edə bilmərəm. Ancaq yaş ötdükcə, onlar da sağlamlıqlarını itirirlər. Hamısı nədəndir, qızım, bilirsən? Ət, yağ, meyvə yeyə bilmirik... Daha doğrusu, alıb yeməyə pulumuz yoxdur”. Bacılar arasında yalnız Xədicə xanım xəstəliyə görə 230 manat məbləğində pensiya alır. Digər bacıların yaşı pensiyaya düşmür. 61 yaşlı Rəfiqə xanımın da ayaqları sözünə baxmır. Xədicə xanım deyir, bacısının ayaqları tez-tez şişir və hərəkət edə bilmir. Hazırkı karantin rejimində isə bacıların vəziyyəti daha da ağırlaşıb. Səbəbindən Xədicə xanım danışır: “Ona görə ki, hərənin başı özünə qarışıb, əvvəl qonşular çörək pulu verirdi, indi özlərinə çörək almağa pul tapmırlar. Pensiyamın çox hissəsi yenə dərmanlarıma, bir hissəsi də kommunala xərcləndi. Qonşunun uşağı bacılarımdan biri üçün 190 manata görə lazım olan yerə yazıb göndərdi, heç ona da cavab gəlmədi. Əlimizi o puldan da üzdük. Vallah, stəkana atmağa qəndimiz, tikələyib yeməyə yavan çörəyimiz yoxdu...” Bacıların yaşadıqları dədə-baba evi də qəzalı olub, kimsə öz üzərinə çəkərək əsas otağı yaxşı-pis düzəldib... Geri qayıt |