Əsas Səhifə > Sosial, Manşet > Arif getdi, bəs onun bir barmaq işarəsi ilə Göygölü talayanlar necə olacaq?
Arif getdi, bəs onun bir barmaq işarəsi ilə Göygölü talayanlar necə olacaq?25-05-2020, 10:42 |
Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Rayon sakinləri bu sərəncamı çoxdan arzuladıqları üçün sevinclə qarşılayıb. Demokratik.Az-ın məlumatına görə, 2006-cı ilin fevralından özünü rayonda "basılmaz ağa" kimi aparan Seyidovun özbaşına əməlləri barədə yerli mətbuat orqanlarında çeşidli yazılar yayılsa da, onun öz vəzifəsini daşıya bilməyən bacarıqsız icra başçılardan biri olsa da 14 il eyni postu necə asanlıqla qamarlaya bilməsi daha çox maraq doğurur. Bunun bir sıra səbəbi və səbəbkarları da var ki, bəzi məlumatlarda adıçəkilənin sabiq PA rəhbəri Ramiz Mehdiyevə yaxın kadr olduğu iddia edilir. Amma, artıq bütün bunların heçbir önəmi qalmır, digər başçılar kimi rüşvətxorluq və korrupsiya yolu ilə əlində cəm etdiyi sərvətlərini, bizneslərini, hektarlarla torpaq sahələrini və bu kimi maddi qənimətlərinin siyahısını tirajlamağın da cəmiyyətə bir faydası görünmür. İndi bunlar aparıcı media qurumlarında da parıldadıqca, daha çox gecikmiş qınaq effekti də yaradır. Əsasən, rayonun bələdiyyə sədrlərinin əli ilə torpaqların talançılığı, qaba davranışları, paqondaşıyan övladının eyş-əyləncəli bahalı maşınları yazanda adam durdurulmalı, cəzasını almalı idi, artıq olanlar acı bir keçmişdir. Göygöl sakinləri itirdiyini itirib, gedən də qazandığını qazanc edib, getdi, oxşamışları kimi də ömrünün sonuna kimi xımı-xımı yeyib keyfini çəkəcək. İqtisadi-sosial inkişaf baxımından, regionun turizm potensialında tormozlayıcı amil baxımından təəsüf, Göygöl rayonu düz 15 ilini itirdi. "Demokratik.Az"-ın məlumatına görə, Göygöl sakinləri indi bu rəddin sonrakı və daha vacib olacaqlarında maraqlıdırlar. Məsələn, Arif Seyidovu tezliklə kim əvəz edəcək, yeni təyinat özü ilə hansı innovativ yanaşmalar gətirəcək? Arif Seyidovun hesabına hazırda rayonda vəzifə daşıyan məmurlar da təxirəsalınmaz islahatlara məruz qalacaqmı? Yeni gələn rayonu 95 faizlik büdcə asılılığından xilas üçün hansı əməli işlər görə biləcək? İcra başçılarına qarşı DTX-nın təşkil etdiyi xüsusi əməliyyatlar və son hadisələr bir daha göstərdi ki, yerlərdə özlərini "xan" kimi, bəyzadələr kimi aparan icra başçılarının qudurğanlığına təkcə özlərindəki avtobioqrafik xüsusiyyətləri deyil, varlanmaq eşqilə döyünən vəhşi istəklərinə şərait yaradan yarıtmaz prokuror, rəis, məhkəmə, tasa oturan idarə və müəssisə rəhbərlərinin varlığı təkan verib. Yəni, rayon rəhbərliyi inzibati resurs imkanlarından istifadə etməklə, əsasən hüquq mühafizə orqanları ilə birləşərək rayonda kor atlarını dördnala çapa biliblər. Əldə etdiyimiz səhih bilgilərə görə, hazırda rayonda vəzifə daşıyan, rayonun maddi-inzibati imkanlarından istifadə edərək varlanan şəxslərin böyük əksəri "Arif Seyidovçu"lardır. İcra Hakimiyyəti strukturunun özünə nəzər salsaq görürük: 1) Əliyev Turani Həmdəm - İHB-nin 1-ci müavini; Bu şəxsin hazırki vəzifəyə təyinatı 2006-cı ilə, birbaşa Arif Seyidovun gəlişinə təsadüf edir. Rayonun ən qalmaqallı və ən varlı məmurlarından biri sayılır. 2006-cı ildə sabiq icra başçısı Vilyam Hacıyev tərəfindən şəhər icra nümayəndəsi postundan qovulub, Seyidov tərəfindən İHB-yə müavin gətirilə bilib. Prezident sərəncamında olsa da, heç vaxt Seyidovun qanunsuz davranışlarına, fəsadlı sərəncam və qərarlarına narazılıq səsini ucaltmayıb. 2) Məmmədov Elşən Mirzə - Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri; Əvvəllər ststistika idarəsinin müdiri olub, yetərli bilgiyə və savada sahib olmasa da, məhz Arif Seyidov tərəfindən önə çəkilib. Atası Mirzə Məmmədov Seyidovun ən yaxın dostlarından sayılır və uzun illərdir Seyidovun təyinatı ilə İHB-nin Göygöl şəhəri üzrə nümayəndəsidir. 3) İbrahimova Kəmalə Xanlar qızı - Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri; Başçının ən sevimli xanım kadrıdır. Arif Seyidov tərəfindən rayon 1 saylı orta məktəbinin direktor müavinliyindən birbaşa İHB-yə yüksək vəzifəyə gətirilib. Seyidovun həmyerlisidir və onunla yaxın qohumluq əlaqələrinə sahibdir. 4) Muradov Ramin Akif - Sektor müdiri - baş mühasib; Arif Seyidovun bacısı qızının həyat yoldaşıdır, Seyidovun təyinatı ilə birbaşa İHB-yə eyni vəzifəyə daşınıb. 5) Qasımov Allahşükür Mirməhəmməd oğlu - Başçının köməkçisi; 2006-cı ildən Arif Seyidovun köməkçisidir və Seyidovun bibisioğludur. Daha çox Ruzigar ləqəbilə tanınınb, hərbu xidmətkeçməsə də, Seyidovun hesabına dövlət qulluqçusuna çevrildiyi deyilir. 6) Məmmədov İlqar Müseyib - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Şöbə müdirinin müavini; Arif Seyidov tərəfindən vəzifə yiyələnib. Sabiq başçının dostu, Toğanada yerləşən Göygöl balıq vətəgəsinin rəhbəri İlham Məmmədovun qardaşıdır. 7) Hacıyev Vüqar Feyzulla - Memarlıq və tikinti şöbəsinin müdiri; Arif Seyidovun həmyerlisi və yaxın qohumudur. Vəzifəyə Seyidov tərəfindən taclandırılıb. 8) Eyvazov Ariz Əlif - Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri; İHB-də təmsil olunan ən savadsız məmurlardan birincisidir. Uzun illər Arif Seyidova İHB-də "sözdaşıyanı" funksiyasını yerinə yetirib. Hazırki posta Seyidov tərəfindən yiyələnib. 9) Əli Qasımov - Rayon İHB-də Həmkarlar təşkilatının sədri; Sabiq icra başçısının hesabına rayon "Kommunal Təsərrüfatı İstehsalat Birliyi"nin sabiq müdiri olub. Arif Seyidovun yaxın əlaltılarından sayılır. Rayon idarə və təşkilatlarında da Seyidovun rəddinə üzülən, məmur qiyafələrini ona borclu bilənlər az deyil. Onlardan aşağıdakılar daha həssas diqqət çəkir. Ayazi Paşayev - Dövlət Sosial Müdafiə Fondunun hazırki müdiri; Arif Seyidovun rayona rəhbərliyi dönəmində Kapitalbank Göygöl filialının rəhbəri olub. Seyidovun qeyri-rəsmi göstəriçlərini yerinə yetirməklə, bankdakı maliyyə fırıldaqçılığı səbəbindən illər öncə cinayət işi açılmaqla bank sistemindən qovulub. Ardından, Seyidov tərəfindən DSMF-yə müdir postuna yiyələnib. Özünü kollektivin və yaxın ətrafının hüzurunda sabiq deputat, hazırda Qaçqınkom rəhbəri olan Rövşən Şükür oğlu Rzayevin də yaxın dostu kimi təqdim edir. Nazim Hacıyev- Göygöl rayon Məşğulluq Mərkəzinin rəhbəri; Seyidovla dostluğunu rayonda az adam bilmir. İki il məhz, sabiq başçının iradəsilə rayonda bu vəzifəni sahiblənib. İşsizliyin aradan qaldırılması istiqamətində, Arif Seyidovun şəxsi mövqeyinə sığınan hərəkətlərlə seçilib. İş metidunu daha çox Seyidovun tapşırıqları ilə həyata keçirib. Elbrus Atayev - Göygöl rayon Təhsil şöbəsinin müdiri; Əvvəllər şəhər 1 saylı orta məktəbin direktoru olub. Məhz Arif Seyidovun istəyilə RTŞ-nə rəhbərlik etməkdədir. Sabiq başçının həmyerlisi və yaxın qohumudur. Məmmədov Mirzə Bayraməli - Göygöl şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi; İcra başçısının köhnə dostlarından biridir. Şəhər üzrə heç bir işi müstəqil həyata keçirməyən, bütün şikayət və təkliflərin həllini Arif Seyidova yönəldən məmurlardandır. Seyidovun təqdimatı ilə uzun illərdir ki, bu vəzifənin sahibidir. Müavini Ədalət bəyin Seyidovla bacanaq olması ŞİH-in Seyidova hansı həddə inhisarında olduğuna dəlalət edir. Əliyev Oktay Məmməd - Göygöl rayonu üzrə Maliyyə idarəsinin rəisi; 15 ildir ki, rayon maliyyə idarəsinə sahiblik edir. Bu illər ərzində Seyidovun tapşırığı ilə çoxsaylı maliyyə əməliyyatları edərək korrupsiyaya yol açdığı bilinəndir. Аbbasov Zaur Firudin - Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi; Bu məmur da Göygöldə Seyidova fərdi xidmətlərilə tanınıb. Heç bir idman nailiyyətlərindən danışmağa haqqı çatmayan, rayonda idmanın inkişafına fərdi əməyi olmayan bir "Seyidovçu"dur. İcra başçısının bacısı oğlanları ilə dostluğu fonunda idarə rəisi təyin edilib. Səfiyar Rəhimov - Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin direktoru; Təqaüd yaşını tamamladıqdan sonra, rayonun "baş elektrik montyoru" S.Rəhimova da Seyidov sahib çıxıb. İllər əvvəl məhz bu şəxs rayonda "təmizlik müdiri"nə çevrilə bilib. "Demokratik.Az" olaraq yazılanların doğruluğunu daha aydın sezmək üçün diqqətinizə onu da çatdıraq ki, adıçəkilən şəxslər daima rayonda icra başçısı yanında şuranın üzvləri olublar. Daha bir həqiqət də diqqət çəkir. Sabiq icra başçısının seçkiyə qanunsuz müdaxilələri sayəsində: Mikayıl Hacıyev - Göygöl şəhər Bələdiyyəsinin 15 ildir ki, təyinatlı sədridir; Bələdiyyə sdərinin fəaliyyətinə nəzər saldıqda, 100-lərlə (0,6 ha olmaqla-red) həyətyanı torpaq sahələrinin Seyidov və yaxınları tərəfindən "işğal" edilməsinə, əsasən varlılara satılaraq kütləvi halda talanmasına şahid oluruq. Özünüidarə qurumu 15 ildə bir dəfə olsun seçicisinə - yerli sakinlərə hesabatı olmayıb, ancaq Arif Seyidova tabeli şəxs kimi davranıb. İHB-nin arxasındakı küçədə sıralanan evlər sözümüzün nədən getdiyini aydın edir. Bu arada, Arif Seyidovun alternativsiz biznesmen şəriki Məhsub Dursunovun varlığını da unutmaq alınmır. Hər kəs bilir ki, son illər sabiq başçının şəriki "ƏMİNƏ" MARKET brendi altında rayonda ərzaq mallarının inhisarçısına çevrilməkdədir. Şəriklərin rayon ərazisində yeni tikilmiş 3 ədəd irihəcmli "mağazalar şəbəkəsi" mövcuddur. Şəhər avtovağzalındakı "ƏMİNƏ" marketin və MTS adlanan ərazidəki obyektlərin qarşısında qanunsuz maşın saxlanmasına Göygöl İHB-nin şurasının qərar verməsi "Seyidovçu"luğun qudurğanlığına gur işıq salır. Aldığımız bilgilərə görə, Seyidov və şəriki rayonda sahib olduğu biznes məşğuluyyətlərilə küllü miqdarda pul qazansalar da, həm Vergi orqanını, eləcə də, DSMF-nin rəhbərinin laqeydliyi ilə aidiyyatı dövlət qurumlarını aldadıblar. Dövlət nəfinə ödəməli olduqları vəsaitləri isə hara xırıd etdiklərini özləri bilir. İnanırıq ki, islahatlar dalğasının gətirdiyi xoş dəyişim təkcə icra başçılarının özünü deyil, Arif Seyidovun yaxın ətrafının timsalında, bütünlüklə öz vacib səlahiyyətlərini bir şəxsin maraqlarının qorunmasına yönəldən qulbeçə məmurların likvidasiyasına da yönələcək. Arif Seyidovu illərdir dəstəkləyən, onun harınlamasında iştirak edən, çete halında birləşərək Göygöl rayonuna və sakinlərinə vandal ruhiyyə aşılayan bütün yarıtmaz məmurlar da öz kürsülərindən rədd olub getməlidirlər. Şübhəsiz, elə də olacaq, rayonun aparıcı icra strukturunun Seyidovçu qulbeçələrdən tamamilə təmizlənəcək. Nəticədə, ümidvarıq ki, yeni formalaşacaq məmur komandası Göygöl sakinlərinə özlərini daha çox qulluqçu biləcək, perspektivli və nəzakətli davranışları ilə rayonumuzu irəli aparacaq. Demokratik.Az Geri qayıt |