Əsas Səhifə > Sosial, Manşet > Ceyhun Bayramov bu eybəcərliyi görmür?

Ceyhun Bayramov bu eybəcərliyi görmür?


15-06-2020, 11:11
Ceyhun Bayramov bu eybəcərliyi görmür?
Sağlamlıq imkanları məhdud olan uşaqlara qayğı hər zaman dövlətin diqqətində olub. Xüsusilə birinci vitse-prezident Mehriban xanım bu sahəyə qayğı ilə yanaşıb, belə uşaqların təhsilə,daha sonra cəmiyyətə qoşulması üçün bir çox layihələr həyata keçirib. Bu sahədə atılan ən böyük addımlardan biri sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı Xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi ilə birləşdirilərək onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi yaradılıb.

1958-ci ildə istifadəyə verilən məktəb binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb.

2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Göründüyü kimi 3 saylı xüsusi təhsil məktəbi hər zaman diqqət mərkəzində olub və Mehriban xanım məktəbin maddi-texniki bazasının güclənməsinə qayğı göstərib. Amma Rubrika.az saytına məktəbdə baş verən olaylar barəsində elə məlumatlar daxil olub ki, sadəcə heyrətlənməməmk mümkün olmur. Məktəb rəhbərliyinin, şəxsən direktor Nüşabə Heydərovanın rəvac verdiyi bu əməllər təhsil adına bir ləkə, alver,bazar adına isə bir inkişafdır.

Məlumatda bildirilir ki, məktəbdə hazırda 250-yə yaxın şagird təhsil alır. Onların məktəbə qəbul olunmasından ta buranı bitirməsinə qədər olan bütün mərhələlər direktor üçün gəlir mənbəyinə çevrilib. Bir şagirdin məktəbə qəbulu 500 manata başa gəlir. Hər il isə uşaqların tibbi komissiyadan keçməsi üçün direktor əlavə 100 mçanat tələb edir. Hal-hazırda məktəbdə alverin şıdırğı vaxtıdır. Müəllimlər direktorun haqqını çatdırmalıdırlar. Məlumata görə Nüşabə Heydərova karantin,pandemiya vecinə almır. Növbəti tədris ilində şagirdini qorumaq istəyən müəllim 100 manatını direktorun köməkçisinə verməlidir. Əks təqdirdə müəllimin dərs yükü əlindən alınır.

Beləcə sağlamlıq imkanları məhdud uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı xüsusi təhsil məktəbində alver predmetinə çevrilib. Təhsil adına və dövlətin bu sahəyə olan qayğısına ləkə sayılan bu əməlləri nədənsə əlaqədar qurumlar görmürlər. Bəlkə xüsusi təhsil məktəbinin direktorunun xüsusi hüquqları da var bizlər bilmirik!
Rubrika.Az

Geri qayıt