Əsas Səhifə > Sosial, Manşet > Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir”
Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir”19-06-2020, 10:01 |
Son dövrlər ölkə rəhbərliyinin anti-korrupsiya sahəsində göstərdiyi qətiyyətli mövqe və aparılan əməliyyatlar ölkənin gələcəyinə müəyyən ümidlər yaradıb. Amma görünür, rüşvəti, korrupsiyanı özünün adi həyat normasına çevirən adamlar bunu qəbul etmək istəmir. Gununsesi.org-a daxil olan bir faktda bu, bir daha təsdiq olub. Saytımıza müraciət edən bir qrup alim Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevi onların qonararını mənimsəməkdə ittiham edib. Belə ki, Famil Mustafayev Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən EKSPERT ŞURASININ üzvlərinin pulunu kəsmək bir yana, onları dilənçi statusunda görərək, təhqir edib. Söhbət elmi ad almaq üçün təqdilmiş işlərə EKSPERT RƏYİ yazan görkəmli professorların qonararından gedir. Saytımıza təqdim olunan bir faktda Famil Mustafayevin professor Məsud Mahmudova 20 manat qonarar yazması bəlli olur. Günlərlə zamanını təqdim olunmuş elmi işlərə həsr edən, gözünün nurunu itirən, zehni yorğunluq keçirən bir alimə 20 manat qonarar yazmaq, elm adına rəzalətdir. Halbuki, Məsud Mahumdov bu əməyinə görə, 2000-3000 manat məvacib gözləyirmiş. Eyni halla vaxtilə professor İdris Abbasov da üzləşib. Pulları Famil Mustafayev tərəfindən mənimsənilən onlarla professorlar artıq bu vəziyyətə dözmək niyyətində deyillər. Ekspert Şurasının üzvü olan professorların sözlərinə görə, Ali Attestasiya Komissiyasına gəldikdən sonra Famil Mustafayevin həyatı çox dəyişib. Adam başqalarının pulunu mənimsəməklə və başqa neqativ işlərlə məşğul olmasının nəticəsində Bakının ən bahalı yaşayış kompleksi olan “Port Baku”da bir kvadrat metri 7000 manata 2 böyük mənzil alıb. Oğlu isə paytaxt küçələrində “Bentley” maşını ilə atasının hesabına gəzir. Məsələ ilə bağlı Famil Mustafayevin mövqeyini öyənməyə çalışsaq da ancaq zənglərimiz cavabsız qaldı. Ali Attestasiya Komissiyasında baş verən proseslər haqqında daha geniş araşdırmanı təqdim edəcəyik. Geri qayıt |