Əsas Səhifə > Sosial, Manşet > “30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub”
“30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub”2-07-2020, 09:29 |
Lisenziyaları ləğv edilmiş 4 bankın əmanətçilərinin şikayətləri bitmir. FED.az xəbər verir ki, Ata Bankın və AG Bankın əmanətçisi İlqar Fərmanov bildirib ki: "Ata Bank üzrə 30 min manatdan yuxarı məbləğlər 1 iyul tarixindən ödənilməli idi. Lakin 30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub. Mənim əmanətimin heç bir problemi yoxdur. Nə miqrasiya olub, nə kredit var, nə də ki və s. Lakin əmanətim mənə qaytarılmır. Rəsmi açıqlama yoxdur. Sozdə "araşdırma" gedir cavabını verirlər. Mənim kimi əmanətçi minlərlədir. AG Bankdakı əmanətimə də, bankın 2017 ci ildən əmanət qəbul etmək hüququnun olmadığı lakin əmanətlərin qanunsuz qəbul edildiyi səbəb gətirərək blok qoyublar. Əmanətləri qaytarmamaq üçün hər vasitəyə əl atılır. Bununla da əhalidə bank sektoruna inamsızlıq artırır. Artıq 1 ildir Ata Bankdan pullarımı geri ala bilmirdim. Lisenziya geri alınanda sevindim ki, nəhayət ADİF və Mərkəzi Bank vəsaitlərimi qaytaracaq. Lakin böyük çətinliklər bundan sonra başladı. Qeyd eləmək istərdim ki, bütün əmanətlərim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun sığortalıdır”. Geri qayıt |