Əsas Səhifə > Sosial, Manşet > Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ...
Səfər Mehdiyev üçün ÇƏTİN MƏRHƏLƏ...8-07-2020, 10:07 |
DİA.AZ: - "Dövlət Gömrük Komitəsinin sədir Səfər Mehdiyev rəhbəri olduğu qurumun nəhayətdə ləğv ediləcəyini, səlahiyyətlərinin İqtosadiyyat Nazirliyinə veriləcəyini bildiyindən saxta hesabatlarını günü-gündən artırmaqdadır”. Bu sözləri DİA.AZ-a məlumatlı mənbə bildirib və qaynaq iddia edir ki, DGK-nin xətti ilə dövlət büdcəsinə ödənilən rüsumların məbləğinin şişirdilməsi faktı var və bunun özü belə Səfər Mehdiyevə kömək etməyəcək. Mənbə dia-az.life-a bildirir: “Əslində Səfər Mehdiyev ona tapşırılan işin öhdəsindən gələ bilmədiyindən "vurulacaq". Ondan tələb olunanı gömrük sistemində sürətli islahatların həyata keçirilməsi idi. Amma Səfər Mehdiyev yalnız kadr islahatları ilə yetindi. Əslində bu prosesi də islahat adlandırmaq olmazdı Səfər Mehdiyev "islahat" adı ilə özünə rəqib olanları gömrükdən çıxdaş etdi. Digər tərəfdən Azərbaycanda inhisarçılıq var, yerli və beynəlxalq ekspertlər ÜDM-nin 80 faizini “kölgə istisadiyyatı” təşkil etdiyini dəfələrlə sübut ediblər. Eyni zamanda, ölkə idxaldan asılı ölkələrin siyahısındadırsa, deməli, “kölgə”nin yaranmasında idxalın yüksək payı var. Bundan əlavə BMT-nin müvafiq strukturlarının statistik məlumatlarına görə, 2010-2015-ci illərdə Azərbaycanın idxal rəqəmləri ilə onların statistik rəqəmləri arasında təqribən 25 milyard dollar yayınma var. Yəni ölkəyə daha çox mal göndərilsə də, gömrük statistikasında az göstərilir. Yəni hətta gömrüyün hazırki şişirdilmiş rəqəmləri fonunda belə dövlət büdcəsinə yönəldilən məbləğ reallığı tam ehtiva etmir". Daha sonra mənbəmiz gömrükdəki inhisarçılıq istiqamətləri barədə də danışıb. dia-az.life-a deyilənlər: "Azərbaycan üzərindən başqa ölkələrə mal göndərmək məsələsi araşdırılsın. Məsələn, Rusiyadan gələn taxtanı hansı şirkət, hansı qiymətə rəsmiləşdirir? Rəqəmlər açıqlanmadığına, şəffaf olmadığına görə bilmək olmur, eyni mal üçün A şirkəti nə qədər ödəmə edib, B şirkəti nə qədər. Hazırda eyni malı A şirkəti bir qiymətə gətirir, B şirkəti başqa qiymətə. Onların rəsmiləşdirilməsində olan fərq inhisarçılığın yeni metodudur". Mənbə bildirir ki, nəhayətdə bütün bunlar Səfər Mehdiyev üçün başağrısına çevrilməkdədir ki, yaxın günlərdə gömrüklə bağlı çox ciddi silkələnmələrin şahidi olacağıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Geri qayıt |