Əsas Səhifə > Sosial, Manşet > Pirallaı icra hakimiyyətində insident...

Pirallaı icra hakimiyyətində insident...


18-07-2020, 11:37
Pirallaı icra hakimiyyətində insident...
DİA.AZ: - Dünən Pirallahı rayon icra hakimiyyətində insident baş verib. Bu barədə DİA.AZ-a RİH-dəki qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, insident zamanı Pirallahı RİH kadrlar şöbəsinin xanım əməkdaşlarından biri döyülərək xəsarət alıb.

İnsidentin hansı səbəbdən baş verdiyi dia-az.life-a məlum olsa da, etik səbəblərdən hadisənin təfərrüatınıvə döyülən qadının kimliyini açıqlamırıq.

Burada diqqət çəkən məqam isə ondan ibarətdir ki, olaydan icra başçısı Vasif İmanov xəbər tutsa da, məsələni ört-basdır etməyə çalışır. Mənbə dia-az.life-a bildirir: "Xanım əməkdaş xəsarət alsa da, bu olay nə polisdə, nə də həkimdə sənədləşdirilmədi. Hər şey başçının göstərişi ilə olub. Döyülən qadın əməkdaş da yəqin işini itirmək qorxusundan səsini çıxartmayacaq. Amma baş verənlər biabırçılıqdır və dövlətin müvafiq qurumları bu məsələni araşdırmalıdır.

Bəlkə də bu hadisə ilə Vasif İmanovu vəzifəsindən ata da bilərlər. Ona görə başçıya hamıya bu barədə danışmağı qadağan edib".

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Geri qayıt