Əsas Səhifə > Sosial, Manşet > Gədəbəydə DSMF belə işləyir...
Gədəbəydə DSMF belə işləyir...10-08-2020, 09:04 |
DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri və digər işçiləri vəzifələrindən sui-istifadə edərək özlərinə və yaxınlarına saxta pensiya düzəltdiməsi barədə yazdığım şikayətə verilən cavab çox maraqlıdır. Həmin saxtakarlıqların siyahısını və verilən cavabı təqdim edirik: 1. DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev vəzifəsindən sui-istifadə edərək yaxın dostu Rövşən Məmmədov saxta staj yazdırıb və R.Məmmədovun onun həyat yoldaşına VTEK vasitəsilə saxta əlillik təyin etdirib və həmin şəxslərin pensiya almasına nail olub. 2. DSMF-nin Gədəbəy rayon şöbəsində pensiya təyinatı sektorunun müdiri Mahmud Məmmədov həyat yoldaşı Aysel Məmmədovaya saxta əlillik və staj yazdırmaqla pensiya təyin etdirməyi bacarıb. 3. DSMF-nin Gədəbəy rayon şöbəsinin mühasibi İlqar İbrahimov əlil adı altında 1000 manata yaxın pensiya alır. Lakin əlilliyə dair heç bir sənədi yoxdur. Saxtadır. Hazırda işdən azad olunub və pensiyası kəsilib. 4. DSMF-nin Gədəbəy rayon şöbəsində məsləhətçi işləyən Əhməd Quliyev atası Leysan Quliyevə saxta əlillik düzəltdirib. 5. DSMF-nin Gədəbəy rayon şöbəsində müdir müavini işləyən İbrahim Ələsgərovun gəlini Rüstəmova Lamiyə Hikmət qızı Gədəbəy rayon Mərkəzi Xəstəxanasının tabeçiliyində olan Söyüdlü kənd Tibb Məntəqəsində tibb bacısı vəzifəsini daşıyır. Lakin Lamiyə xanım Bakıda yaşayır və heç vaxt işə çıxmır. 6. DSMF-nin Gədəbəy rayon şöbəsində Məmmədov Taleh Mövla oğlu 2018-ci ilin noyabr ayından aparıcı məsləhətçi vəzifəsini daşıyır. Həmin vaxtdan bu günə kimi işə çıxmayıb. Daim Bakıda yaşayır. 7. DSMF-nin Gədəbəy rayon şöbəsində ali təhsili olmadan böyük inspektor, baş mütəxəssis işləyən Natalya Çivildeyevanın qızı Səbinə Çivildeyevanın birinci qrup əlilliyi saxtadır. Əvvəllər Səbinə Çivildeyevanın saxta pensiyası kəsilib. Sonradan bərpa etdiriblər. 8. DSMF-nin Gədəbəy rayon şöbəsinin işçisi Vəfa Süleymanlı saxta pensiya alanlardandır. Bir neçə gün olar ki, saxta olduğuna görə pensiyası kəsilib. 9. Gədəbəy rayon icra hakimiyyəti işçiləri və tabeçiliyində olan bir qrup şəxsə saxta veteranlıq düzəltdiriblər. 2016-cı ildə bu iş icra hakimiyyətində şöbə müdiri olan Nizaməddin Qılıcovun rəhbərliyi ilə həyata keçib. Əsgərlikdə olmayan Nizaməddin Qılıcov özünə də saxta veteranlıq statusu almağı bacarıb. Eyni qayda ilə icra hakimiyyətinin tabeçiliyində olan Gədəbəy şəhər icra nümayəndəsinin müavini Kamaləddin Məmmədov, Arıqdam kənd icra nümayəndəsi Nizami İsgəndərov daxil olmaq 350 nəfərə satıldı. Həmin vaxt veteranlıq statusunun qiyməti 1000 manatdan başlayırdı. Bunlar mənim müəyyən etdiyim saxtakarlıqdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə şikayət ünvanlasam da, əhəmiyyət vermədi. Ardından ölkə rəhbərinə məktub ünvanladım. Bundan sonra hərəkətə keçən nazirlik baxın nə yazıb. Mən yazmışam ki, DSMF-nin Gədəbəy rayon şöbəsində özlərinə və məmurlar yaxınlarına saxta pensiya təyin etdirirlər, büdcənin pulu talan olunur. Bunlar yazır ki, yoxlayırıq amma fərdi məlumat olduğuna görə nəticəsini demirik. Bunlara kim deyəcək ki, büdcənin pulunu talamaq nə vaxtdan fərdi məlumat sayılir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin məntiqi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizlik Xidməti hər əməliyyat keçirəndən sonra nəticə barədə videogörüntü yayanda qanunu pozur? //7EWS.az // Geri qayıt |