Əsas Səhifə > Sosial, Manşet > "Ailədə yeganə sağlam düşüncəli insan mənəm və mən də işdən azad edilmişəm..."

"Ailədə yeganə sağlam düşüncəli insan mənəm və mən də işdən azad edilmişəm..."


11-09-2020, 09:06
"Ailədə yeganə sağlam düşüncəli insan mənəm və mən də işdən azad edilmişəm..."
Şikayətçi redaksiyamıza ünvanladığı şikayət məktubunda ölkə başçısına müraciət edib.
Hacıqabul rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu olan İmanova Təranə Müsəddin qızı karantin dövründə icra başçısı tərəfindən heç bir səbəb olmadan işdən çıxarıldığını bildirir.

Müraciətdə deyilir:

Cənab Prezident!

Hacıqabul rayon İcra Hakimiyyetinin Başçısı Xəlilov Rüstəm Gülabba oğlu işlədiyi 6 ay ərzində ilk dəfə olaraq 28.04.2020-ci il tarix saat 17:30-da koməkçisi tərəfindən onun qəbul otağına çağırıldım və mənə söylədi ki, qızım, mən səninlə və keçmiş kollektivin işçiləri ilə işləmək istəmirəm və işləməyəcəm də. Turanə, ərizəni yaz çıx işdən. Mən otaqda olarkən rəhbərlə artıq əskik söz danışmadım və otaqdan çıxdım və başçısının köməkçisi Afiq Kərimov mənə dedi "get yaz ərizəni, sənə dedim ki, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı, geci-tezi sənə töhmət də verib cixardacaq işdən. Ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm”. Və o anda mən bilmirdim nə edəm, hədə - qorxu altında ərizəmi yazıb işdən cıxdım. Ərizəmi yazdığım anda affekt vəziyyətində olmuşam, halsız bir halda geri qayıtdım. Afiq Kərimovun yanında ərizəmi mənə geri verin söylədim, lakin o, mənə dedi ki, elə şey olur? Beləcə yarım saatın içində məni işdən azad etdilər.

Cənab Prezident!

Rəhbər orqanlara tapşırıq və göstəriş vermisiniz ki, heç bir işçini işdən azad etmək olmaz, lakin sizin dediyin bu sözlər Rüstəm Xəlilova aid deyil. Ölkəmizin koronavirusla mübarizə apardığı dövründə mənə qarşı haqsızlıq oldu. Bizim üçün koronavirus pandemiyası heçnədir, onu sağaltmaq olur. Lakin bizim rəhbər vəzifədə işləyən insanlarımızın damarlarında axan qanın virusunu təmizləmək çox çətindir. Mən sizi başa düşürəm bu cür ağır bəlanın öhdəsindən gəlmək çətindir. İcra başçılarının həbsi sübut etdi ki, onlar vətəndaşlarımızın qayğısına qalmırlar.

Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstem Xəlilov mənim ailə vəziyyətimi də nəzərə almayib 30 dəqiqə içində mənim gələcək taleyimin müqəddəratını həll etdi. Vəzifədə olarkən ikiüzlü, fırıldaqçı, rüşvətxor olmadığım üçün cənab prezident mən belə vəziyyətdə nə etməliyəm?! Səhəri gün işə gəldim valideynlərimlə birgə, rəhbərim Rüstəm Xəlilov ailəmi dinləyər bəlkə, fikrindən dönər məni yenidən işimə bərpa edər dedim. Lakin təəssüflər olsun ki, bu belə olmadı o valideynlərimi qəbul etmədi. Mən ailəmlə birlikdə evə qayıtdım. Sizdən xahişim odur ki, mənim işimə qaytarılmağım üçün köməklik edəsiniz.

Cənab Prezident!

Mən 26 may 2014-cü il tarixdən işə qəbul olmuşam, 2-ci dərəcəli dövlət qulluqçusu, Prezident İdarəçilik Akademiyasının rəhbər kadrların hazırlanması kafedrasının, dövlət və bələdiyyə idarəetməsi fakültəsinin 2-ci kurs magistr qiyabi tələbəsiyəm. 2008-ci ildən YAP-nın üzvüyəm. Məktəb illərində cox fəal şagird olmuşam. Qarasu əməliyyat şirkətinin göstərişi ilə 2006-ci ildən oxuduğum Haciqabul rayon 4 saylı orta məktəbindən digər şagirdlərdən fərqlənərək yarişin qalibi olmuşam. Respublika üzre məni layiq bilib Kanada ölkəsində bir aylıq yay düşərgəsi "WYNCHEMNA INTERNATIONAL LANGUAGE LEARNINQ CENTRE” tipli dil mərkəzindən diplomla təltif olunub, bir ay Kanadada yaşamışam. Və eyni zamanda ölkəmizin milli mental dəyərlərini təblig etmişem. "National food” günündə ölkəmizin milli mətbəxinin də qalibi bizim ölkə olmuşdur. 200 ölkə içində Azərbaycandan 4 nəfərdən biri də mən olmuşam. Mən özümü sizə tərif etmirəm, lakin belə gənc savadlı, işini bilən kadr niyə hədə-qorxu, şantajla işdən uzaqlasdırılır.
Ele sözzlər var ki, cenab prezident, bunu sizə yazmaq ve demək olmur. Nə dərəcədə doğrudur ki, koronavirusla mubarizə apardığımız ağır bir zamanda gənc bir işçiyə, xanıma təzyiq göstərərək işdən cıxarmaq.

Sizin dediyiniz kimi icra basçıları yerlərdə özbaşınalıq edirlər, sizin gənc kadr siyasətinizi dəstəkləmirlər. Əksinə olaraq belə işini bilən savadli, rüsvət almayan, kadrları sıxışdırıb işdən cıxarırlar. Mən öz namusumu, şərəf ve ləyaqətimi üstün tutub qorxu altında ərizə yazdim. Bu ərizəmi kriminalistikada işləyən mütəxəssis də araşdırıb nəticə cıxarda bilər. Sonradan peşman olub geri qayıtdım ki, ümumi kadrlar şöbəşinin müdiri Mehbarə Cəfərovaya söylədim ki, ərizəmi geri götürüm, o, isə söylədi ki, mən kiməm sənə ərizəni geri qaytarım. Əslində o, bir xanim kimi mənə dəstək olmaq əvəzinə, Rüstəm Xəlilovun tapşırığıni yerinə yetirdi.

Ailəmi tək dolandıran insan mənəm. Atam İmanov Museddin Cəfər oğlu ehtiyatda olan zabitdir, hərbi xidmətdə zədə aldığına göre 2-ci qrup əlildir.

Anam İmaova Səkinə Arazxan qızı 2-ci qrup şəkərli ağır diabet xəstəsidir. Eyni zaman hər iki gözü əməliyyat olunub, ayaq barmağının 3 ədədi şəkəri yüksək olduğu üçün çürüyübü və amputasiya edilib. Qardaşım İmanov Musteqin Museddin oğlu anadangəlmə lal və kardır, ikinci qrup əlildir. Ailədə yeganə sağlam düşüncəli insan mənəm və mən də işdən azad edilmişəm. Atam, anam, qardaşım və mən də daxil olmaqla bank kreditlərimiz var.

Cənab Prezident!

Mən həm də tələbəyəm, qiyabi təhsil alıram, hər dəfə Bakıya gəlib-gedirəm. Sizdən xahiş edirəm məni işimə qaytarasınız. Tək ümidim sizədir.

Qeyd: R.Xəlilov atası Gülabba Xəlilova Sabirabadda qızıldan heykəl qoydurub. Bu bir neçə il əvvəl etiraza səbəb olub. O isə bildirib ki, heykəl qızıldan deyil, sadəcə qızıl suyuna çəkilib.
//Moderator.az//
Geri qayıt