Əsas Səhifə > Sosial, Manşet > Cənab Prezident, bizə HAQQ TANIYIN!!!

Cənab Prezident, bizə HAQQ TANIYIN!!!


5-10-2020, 16:06
Cənab Prezident, bizə HAQQ TANIYIN!!!
DİA.AZ: - Cənab Prezident! Sizi çox istəyirəm. Amma daha da çox istədiyim var... Sizə ürəklə "Ali Baş Komandanım" deyə bilim... Allah heç məni arzuma çatdırmsaın, Allah heş dövlətimizi mənim yaşdakılara möhtac eləməsin... Amma...

Cənab Prezident, məni müharibəyə aparın... Ayrıca da olsa, əmr verin. Məncə bu ayrıca əmri haqq edirəm. İllərdir ki, bağrım yarılır və illərdir ki, bəyan edirəm, mən məhz Qarabağ probelminə görə burdayam... - hazırda olduğum yerdəyəm!

Cəab Prezident, Sizi çox istəyirəm. Dünənki çıxışınızda nə demək istəyirdim onu dediniz. Amma Sizə qarşı əsəblərim cilovlanıb. Ona görə ki, artıq 44 yaşa keçmişləri orduya qəbul etmirsiniz.

Mən də yetiməm və mənim də haqqım çatır ki, bu VƏTƏNƏ BORCUMU ÖDƏYİM!

Cənab Prezident, mənim yaşımda olan adamların ümidi sizsiniz. Sizdən xahiş edirəm, Sizə yalvarıram, bizi kişi kimi bu ölkədə yaşamaq hüüququndan məhrum etməyin. Bizə də fürsət tanıyın ki, ÖLDÜRƏK!!! "Ölək" demirəm... "ÖLDÜRƏK" deyirəm...

Cənab Prezident! Sizə qurban olum... Məni arzuma çatdırın...
Hörmətlə,
Bağrı yarılan Məhəmməd Ərsoy

P.S. Bu gün erməni mənim Mingəçevirimə atır... Atsın... Öləriksə, atam, qardaşlarım, yaxınlarım ölərsə, dövlətimin halalıdır... Amma FÜRSƏT İSTƏYİRƏM!!!

Geri qayıt