Əsas Səhifə > Sosial, Manşet > "Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq..."
"Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq..."12-10-2020, 14:45 |
“Adekvat cavab tələb olunur və biz cavabı döyüş meydanında veririk. Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki əhali ilə müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir”. Bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. “Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir. Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, siyasi məqamlar da var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir, çünki orada işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə 5 rayondan, ikinci mərhələdə 2 rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra bütün məcburi köçkünlər əvvəlki yaşadığı bölgələrə qayıdırlar. Bu o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar”, - İlham Əliyev bildirib. Geri qayıt |