Əsas Səhifə > Sosial, Manşet > "Səfər Mehdiyev niyə orduya yardım etmədi?"
"Səfər Mehdiyev niyə orduya yardım etmədi?"10-11-2020, 11:59 |
DİA.AZ: - 27 sentyabr tarixindəın etibarən bir yumruq kimi birləşən Azərbaycan xalqının müharibə ovqatı bütün dünya tərəfindən həsədlə müşahidə edilməkdədir, desək, yanılmarıq. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin əmrində olduğunu bariz şəkildə nümayişç etdirdi. Yüz minlərlə oğul silaha sarılmağa hazır olduğunu nümayiş etdirdi, bütün xalq isə ordunun arxasında dayandığını nümayiş etdirdi. Bu səbəbdən idi ki, son günlərdə ordumuza yardım məqsədilə köçürülən vəsaitin məbləği olduqca yüksək idi. Amma maləsəf bu istiqamətdəı xalqla səfərbər olmayanlar dda var idi ki, artıq sosial şəbəkələrdə bu məqama da diqqət yetirilir. DİA.AZ bildirir ki, bu gün ən çox tənqid olunanlardan biri də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevdir. Sosial şəbəkələrdə DGK sədrinin nədən ortalıqda görünmədiyi aşağıdakı kimi tənqid olunub: "Səfər Mehdiyev niyə orduya yardım etmədi? Məgər pulu yoxdur? Deyəcəksiniz ki, yox, DGK adından orduya yardım edilib. Bunu hamı edər... Hamı bacarar ki, işçilərin maaşından tutub orduya yardım fonduna köçürəsən... Səfər Mehdiyev az qala 25 ildir ki, Gömrük sistemini qarət edir. Öz şəxsi hesabından,Ş özünə aid şirkətlərdən orduya yardım edərdi... Bunu da etmədi. Gərək müharibə tam bitəndən sonra onunla bağlı da, onun kimilərlə bağlı da ölçü götürülsün..." Geri qayıt |