Əsas Səhifə > Sosial, Manşet > Cavid Qurbanov harda yanlış etdi...

Cavid Qurbanov harda yanlış etdi...


3-12-2020, 09:47
Cavid Qurbanov harda yanlış etdi...
DİA.AZ: - "Yaxın günlərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Hesablama Palatası tərəfindən təftiş ediləcək". Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Məlumatı verən mənbə iddia edir ki, yoxlama dairəsi məhz hal-hazırda ADY QSC-nin İdarə Heyətinin sədri postunu tutan Cavid Qurbanovun dövrünü əhatə edir.

Mənbənin DİA.AZ-a söylədikləri: "Əgər yoxlama formal xarakter daşımasa ortaya çox ciddi yeyinti faktları çıxa bilər. Ən azından Cavid Qurbanovun həmin vəzifəyə gəlişindən sonra baş tutan vaqon alışının sənədlərinə gözucu nəzər salmaqla buna nail olmaq mümkündür".

dia-az.life-a danışan mənbə bildirir ki, Cavid Qurbanovla bağlı qəfil belə bir qərarın verilməsi təsadüfi hesab olunmamalıdır: "Məlumdur ki, 44 günlük Vətən Savaşının ardından bəzi məmurlar və nüfuzlu iş adamlarının adlarının "yuxarıların" "qara siyahısı"na düşdükləri barədə informasiyalar yayıldı. Onlar özlərini layiqincə apara bilməyənlərdir. Yəni dövlətin və xalqın sıx birləşdiyi bir məqamda yaxalarını kənara çəkənlər oldu ki, onların da hər biri ilə haqq-hesab çürüdüləcək. Bu sılrada əslən Kəlbəcər rayonundan olan Cavid Qurbanovun adının da yer aldığı iddia olunur. Yəni çox güman baş dəmiryolçu məhz qeyd edilən məqam səbəbindən hədəfə gətirilir".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.

İddia olunanlarlqa bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt