Əsas Səhifə > Sosial, Manşet > Fövqəlnazirimizin girov əməliyyatının GİZLİNLƏRİ

Fövqəlnazirimizin girov əməliyyatının GİZLİNLƏRİ


4-01-2021, 17:40
Fövqəlnazirimizin girov əməliyyatının GİZLİNLƏRİ
FHN-də yüksək vəzifə tutan, nazir Kəmaləddin Heydərovun yaxın dostu olmuş Raqif Muradovun sosial şəbəkədə çox ciddi, hətta dəhşət doğuran məktubu yayılıb.
Demopkratik.Az KAİM.a-a istinadən həmin məktubu ixtisarla təqdim edir:
“Xarici ölkə vətəndaşı, dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxan (hara işlədiyi barədə məlumat veriləcək) Azərbaycandan qovulmuş, həmçinin ölkəyə girişinə qəti qadağan edilmiş FHN-də yüksək vəzifəli şəxslə bağlı təhlükəli ola biləcək məlumatlar əldə etdim.
Bütün bunlardan sonra özümün və ailə üzvlərimin faciəli günləri başladı:
Bildirim ki, həmin adam o idimi, təcili olaraq K.Heydərovun göstərişi il ona ikili vətəndaşlıq verildi və Azərbaycan dövlət pasportu ilə təmin edilib. Elcə də məni işdən azad edib, yerimə Azərbaycandan qovulmuş, həmçinin ölkəyə girişinə qəti qadağan edilmiş şəxsi agentliyin rəisi təyin etdilər (hansı qanun və ya hansı məntiqlə?).
Mən, Azərbaycan Respublikasının “Dövlət qulluğu” və “Korrupsiya Haqqında” qanunlarına zidd olaraq, başqa ölkə vətəndaşının dövlət qulluğuna götürülməsinin əleyhinə çıxış etdim və ölkənin ən ciddi strateji obyektlərinə nəzarətin xarici ölkə vətəndaşına həvalə edilməsinin yolverilməz olduğunu bilirəm, amma nəyi dəyişə bilərdim…
Bu hadisədən sonra bu məlumatı mən digər nazir müavinlərinə və baş idarə rəislərinə çatdırdım. Cavab bir oldu: “Biz heç nə edə bilmərik, çalış nazirlə görüş”. Mən K.Heydərovla görüşmək üçün nazirliyə gedərkən məni küçədən götürdülər və 15 gün gizli olaraq hüquq-mühafizə orqanlarının zirzəmisində saxladılar. Bu məsələ haqqında danışmamağı tövsiyə etdilər. Mən oradan azad edildikdən sonra yenidən nazir müavini ilə görüşdüm və ona bildirdim ki, bu artıq dövləti reketçilikdir. O, bildirdi ki, sifarişi nazirin göstərişi ilə mən vermişəm və bu bir səhv idi. Hər şeyi yaddan çıxaraq.
Bir neçə ay keçdikdən sonra bankda işləyən oğlumu artıq ləğv olunmuş MTN-in əməkdaşları iş yerindən apardılar və məni MTN-ə dəvət etdilər. Müəyyən danışıqlardan sonra oğlumu azad buraxdılar və “bütün məsələlərin həllini öz nazirliyində axtar” – deyə, mənə xəbərdarlıq edib, susmağımı məsləhət gördülər. Və mən hələ də susuram. Amma, artıq bu haqsızlığa, özbaşınalığa göz yuma bilmərəm…”
Onu da bildirək ki, FHN-də əhəmiyyətli vəzifələrdə çalışmış, mühüm məlumatlara malik olan Rafiq Muradov Kamaləddin Heydərovun onun başına gətirdii hadisə ilə bağlı Prezident İlham Əliyevə də müraciət etdiyini yazıb.

Geri qayıt