Əsas Səhifə > Sosial, Manşet > Ucarda otlaq sahələrini kimlər zəbt edib?
Ucarda otlaq sahələrini kimlər zəbt edib?25-01-2021, 09:08 |
Redaksiyamıza daxil olan müraciətə əsasən Ucar rayon Qazıqumlaq kəndində olduq. Sakinləri narahat edən əsas problemlərdən biri olan illərdir ki, ümumi ərazisi 162 ha olan mal-qaralarının otlaq sahəsi üçün ayrılmış örüş sahəsinin imkanlı şəxslər tərəfindən pul gücünə zəbt olunaraq istifadəsində olduğunu bildirdilər. Sakinlər onuda qeyd etdilər ki, bütün örüş sahələrimiz əlimizdən alınaraq əkin üçün istifadə edilir. Məsələ ilə bağlı kəndin Bələdiyyə sədri Fuad Qədirovla görüşdük. Fuad Qədirov bildirdi ku, sözügedən ərazi mənim yox məndən qabaqkı dövürdə baş vermis bir məsələdir. Sakinlərin iddia etdikləri örüş sahəsinin ümumi ərazisi 50ha olmaqla kənd sakini Məmmədova İlhamə Ərzuman qızına verilərək sənədləşdirilmişdir. Maraqlıdır Məmmədova İlhamə Ərzuman qızı Ucar rayonunda torpaq sahəsi tapmadı ki, sakinlərin mal-qarası üçün ayrılmış örüş sahəsini (50-ha) sənədləşdirərək istifadə etmək qərarına gəlmişdir? Bu sualımıza isə cavab ala bilmədik. Bu alqı satqı işi ilə bağlı Bələdiyyə sədri Fuad Qədirov Rayon İcra Hakimiyyətinin müsbət münasibətinin olub olmadığına cavab verə bilmədi. Sakinlər bu cür yaranmış çətinlik və qarşılaşdıqları çıxılmaz problemin həlli üçün media vasitəsi ilə Ölkə başçısı Cənab İlham Əliyevdən kömək istədilər. Daha ətraflı videosujeti izləyk. Oxuinfo.az Geri qayıt |