Əsas Səhifə > Sosial, Manşet > Oqtay Əsədovun bu varidatı milliləşə bilərmi?

Oqtay Əsədovun bu varidatı milliləşə bilərmi?


28-01-2021, 10:17
Oqtay Əsədovun bu varidatı milliləşə bilərmi?
Ölkə rəhbərliyini oliqarxlara qarşı təcili tədbirlər görməyə başlayıb. Hökumət Eldar Mahmudovun ətrafında birləşən qruplaşmanı tam zərərləşdirməyə çalışır. Belə ki, məlum idi ki E.Mahmudovun öz oliqarx qrupları var idi və ölkə üçün təhlükə yaradır. Onlar hər gün müəyyən hücumlar gerçəkləşdirirlər. Hökumət buraxdığı səhvləri burada təkrarlamaq istəmir. Hakimiyyət düşünürdü ki, bütün oliqarxları həbs etməyə ehtiyac yoxdur, onlarla işləmək olar. Lakin indi anladılar ki, onları həbs etmək lazımdır. Oliqarxlar həbs olunarsa, Azərbaycanda xalq hökumətə daha çox inanacaq. Birmənalı qərar budur ki, onların oğurladıqları pulu geri almaq və sonra həbs etmək lazımdır. Düzdür, E.Mahmudovun ətrafında olan oliqarxların pullar alındı, lakin həbs olunmadılar.

Məsələn, Parlamenti Rusiyada biabır etmiş və Parlamentin buraxılmasına səbəb olan keçmiş spiker Oqtay Əsədov haqda şəhid ailələri narazılıq edib. Bütün xalq onun saraylarını gördü, şəhid ailələri isə onun həbsini tələb edirlər. Parlamentdə dolaşan söhbətlərə görə, O.Əsədovun qardaşının həbsinə hazırlıq gedir.

Bu dəfə isə, keçmiş “mahmudovçu”-spikeri peşakar araşdırmaçi-jurnalist Cavanşir Həsənli ifşa edib: “Oqtay müəllim Milli Məclis sədrliyindən getdiyi 1 il müddətində boş oturmayıb. Cənab Əsədov Moskvanın Tcaritsıno metrosu yaxınlığında (Bakinskaya küçəsi 29) həyat yoldaşına məxsus məşhur “Kapriz” sauna-barında əsaslı təmir işləri aparıb, onun daxili interyerini tamamilə dəyişdirib. Kapital restavrasiyadan çıxmış istirahət mərkəzi ötən günlərdə yeni qiymətlərlə qapılarını yenidən müştərilərinin üzünə açıb.
Təmir zamanı istirahət zonası və hovuzun daxili dizaynında bahalı və eksklüziv materiallardan istifadə edilib. Keçmiş spiker saunaya təbii dəri ilə işlənmiş rahat yumşaq mebellər sifariş edib. Zolaq podiumda striptiz üçün yeni dirək quraşdırılıb. Ziyafət salonu güzgülər və təbii ağaclarla bəzədilib. Saunanın aquazonasında led işıqlandırmadan istifadə olunub.”

Daha sonra, Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. Bu barədə də jurnalist Cavanşir Həsənli araşdırma aparıb. C.Həsənli bildirib ki, villa kompleksdir və 3-4 hektarlıq sahədə inşa olunub: “Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və basseyni yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var. Ən əsası isə keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Hələ də tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır”.

Daha sonra Cavanşir Həsənli Oqtay Əsədovun şəxsi çimərliyindən yazıb: “Yadınızdadırsa, ötən yay keçmiş spiker Oqtay Əsədovun Türkan qəsəbəsində – Xəzərin sahilində bir neçə hektarlıq ərazidə şəxsi çimərliyinin olduğunu, burada alabay cinsindən sevimli itlərini saxladığını yazmışdım. Təqdim etdiyim video Əsədovun həmin özəl çimərliyindən çəkilib. Camaat dəniz üzünə həsrət qalıb, bunlar çimərliklərdə itləri üçün pansionat tikiblər. Deputatlar hər dəfə iclasda dəniz sahillərinin zəbt olunmasından danışanda Əsədov buna görə yerində qurcalanırmış.”

Oqtay Əsədovun Türkiyədə də milyonluq mülkləri var. Orada da dənizi zəbt edib. O.Əsədovun Türkiyədə böhran zamanı boğaz sahillində bir neçə villa almışdır. Qeyd edək ki, Türkiyə iqtisadiyyatında yaşanan böhran və milli valyutanın dəyərdən düşməsi nəticəsində Bosfor boğazı sahillərindəki tarixi malikanələrin çoxu satışa çıxarılır. Lakin indi O.Əsədov Bosforda dəbdəbəli sarayları və malikanələri satır, diqər “mahmudovçular” da öz daşınmaz əmlaklarından yaxa qurtarmağa çalışırlar.
TV24.AZ




Geri qayıt