Əsas Səhifə > Sosial, Manşet > Cavid Qurbanov PULLARIMIZI KİMƏ ETİBAR EDİB?..

Cavid Qurbanov PULLARIMIZI KİMƏ ETİBAR EDİB?..


8-03-2021, 10:49
Cavid Qurbanov PULLARIMIZI KİMƏ ETİBAR EDİB?..
Hökumət qurumları daxili audit, şəffaflığın təmini üçün xarici yoxlama və ya audit şirkətləri ilə müqavilə bağlayır.

Əslində belə müqavilələr iqtisadi strategiyanın qarantı rolunu oynayır.

Bəs bizdə vəziyyət necədir? Oxşar müqavilərləri imzalamaqla və xarici şirkətləri ölkəyə məsləhətçi qismində dəvət etməklə dövlət büdcəsi talanmaqdan xilas olurmu?

Cebhe.info xəbər verir ki, Azərbaycandakı qurumların bəziləri“McKinsey&Company” adlı yoxlama şirkəti ilə müqavilə imzalamağa üstünlük verir. Bəs görəsən, bu şirkət öz fəaliyyətində nə qədər uğurludur? Və ya adəçəkilən şirkət hökumət qurumları ilə müqavilələr bağlayaraq büdcədən artıq xərclərin qarşısını ala biləcəkmi?

Xarici mətbuatda dərc olunan hesabatlara görə, “McKinsey&Company” şirkətinin heç də uğurlu tarixi yoxdur. Araşdırmalardan məlum olub ki, hökumətlərin artıq xərclərin qarşısının alınması üçün müraciət etdikləri adıçəkilən şirkət heç də onların strategiyasına uyğun fəaliyyət göstərmir. Əksinə, bu şirkət xidmət etdiyi qurumlarda daha çox büdcə vəsaitinin israfına yol verir.

Qeyd olunur ki, şirkət Monqolustanda və Cənubi Afrikada bir çox korrupsiya əməllərinə yol verib. Belə ki, şirkət antikorrupsiya raportlarını hökumətə təhvil verməkdən boyun qaçırıb və buna görə də dövlət tərəfindən qaldırılan iddialarla istintaqlara cəlb olunub.

Belə ki, şirkət 2016-ci ildə Cənubi Afrikada ümumi elektrik istehsalının 95 faizini üzərinə götürən dövlət şirkəti “Eskom”la müqavilə bağlayıb. Hesabata görə, müqavilənin bağlanmasında dönəmin prezidenti Jacop Zumanın ( 9 may 2009 –14 fevral 2018-ci il) da rolu olub. Belə ki, Zuma ailəsinə yaxınlığı ilə tanınan “McKinsey&Company” şirkətinin həmin dövrdəki rəhbəri Rajat Qupta “Eskom” şirkəti ilə təxminən 1 milyard rand (70.5 milyon dollar) məbləğində 6 aylıq müqavilə bağlayıb. Sonrakı yoxlamalarda məlum olub ki, şirkət aldığı məbləğin müqabilində heç bir iş görməyib. Hökumət daha sonra korrupsiya və rüşvətxorluqla bağlı məhkəməyə müraciət edib. Məhkəmə nəticəsində Qupta ona ödənilən pulu faizi ilə Cənubi Afrika hökumətinə geri ödəyir.

Şirkət o qədər uğursuzluqları ilə mətbuatada gündəmə gəlir ki, hətta 2012-ci ildə ABŞ-da prezident seçkilərinin iştirakçısı respublikaçıların namizədi Mitt Romney “Wall Street Journal” qəzetinə müsabihəsində “Ölkəni necə kiçildə bilərsiniz?” sualına ““McKinseyni” özümə köməkçi tutaram” cavabını verib.

Amerika Birləşmiş Ştatlarının Federal Müqavilə Mərkəzinin Baş Xidmətlər Müfəttişliyi İdarəsi tərəfindən hazırlanan, 2019-cu ilin iyul ayı hesabatında oxşar korrupsiya əməllərinə yol verildiyi bildirilir. Araşdırma zamanı məlum olub ki, 2016-cı ildə federal hökumətlə bağlanmış müqavilə şirkətin xeyirinə növbəti dəfə yenilənib. Şirkət rəhbərliyi isə istintaqda bunu Baş Xidmətlər Müfəttişliyi İdarəsinin məmurlarının əməli olması iddiasını irəli sürüb. Eyni zamanda, şirkətin adı Nyu-Yorkdakı “Riker” həbsxanasının yenidən qurulmasına israf olunan maliyyə maxinasiyasında hallanır.

Xarici mətbuatın yazdığına görə, “McKinsey&Company” şirkəti təkcə 2019-cu ildə etdiyi qanunsuzluqlara görə 32.5 miliyon dollar məbləğində pulu geri ödəməlu olub. Ancaq bu da son deyil.

Cavid Qurbanov PULLARIMIZI KİMƏ ETİBAR EDİB?..

Şirkətin adı daha bir neçə maliyyə maxinasiyasında da keçib. Belə ki, şirkət rəhbəri, Hindistan əsilli Rajat Qupta 2014-cü ildə dünyadakı iqtisadi böhrandan yararlanmaq məqsədi ilə dostu Varren Buffetlə əlbir olaraq 5 milyard dollarlıq cinayət əməlinə girişib. Üstü açılan bu cinayət işi Quptanı 2 il müddətində azadlıqdan məhrum edib.

Onu da qeyd edək ki, Türkiyə mətbuatında keçmiş maliyyə naziri Albayrakın adıçəkilən şirkətlə müqavilələri Prezident Ərdoğanın qəzəbinə səbəb olub. Hətta türkiyəli yazar Zeynep Gürcanlının iddiasına görə, Rəcəb Tayyib Ərdoğan ölkənin maliyyə iclasların birində ““McKinsey”lə müqavilərləri ləğv edin” tapşırığına da verib.

Onu da qeyd edək ki, 2001-ci il dünyadakı iqtisadi böhrandan ən çox ziyan görən “SwissAir”, “Kmart” və “General Motors” şirkətlərinin idarəsi də “McKinsey&Company” şirkəti tərəfindən həyata keçirilirdi. 2001- ci il üçün şirkətin bu “xidmətləri” sayəsində maliyyə itkisi 350 milyard dollar olub.

Sonda onu da əlavə edək ki, Azərbaycandan “Azərbaycan Dəmir Yolları”, “Azərenerji” kimi strateji şirkətlər həm ötən il, həm də bu il “McKinsey&Company” ilə müqavilələr bağlayıb. Bəs görəsən, bu müqavilələr ölkəmiz üçün hansı xeyri verə bilər?

Adının onlarla, bəlkə də yüzlərlə qalmaqallı korrupsiya əməllərində keçən bir şirkət ölkəmizə nə qazandıracaq? Bunu zaman göstərəcək.

Geri qayıt