Əsas Səhifə > Sosial, Manşet > Bakıda daha bir MTK özbaşınalığı
Bakıda daha bir MTK özbaşınalığı18-03-2021, 09:14 |
Bakıda daha bir yaşıllıq massivi məhv edilir. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, Binəqədi rayon Mircəlal küçəsi 145 ünvanında, 9-cu mikrorayon ərazisində ağacları kəsirlər. Sakinlərin bildirdiyinə görə, 2 gündür əraziyə gətirilmiş texnika çoxillik ağacları qıraraq tikintiyə hazırlıq həyata keçirir. Tikinti işlərini aparan “Aqana Servis MMC”-dir. Şirkət tikinti aparmaqla bağlı müvafiq qurumlardan icazəsi olduğunu bildirir. Ancaq aparılan tikinti Bakının onsuz da ildən-ilə kiçilən yaşıllığı üçün təhlükəyə çevrilib. Sakinlər yaşıl soyqırıma etiraz edir, müvafiq qurumları yaşıllığın məhvinə fərman verən şəxsləri cəzalandırmağa çağırırlar. “Yeni Müsavat” Geri qayıt |