Əsas Səhifə > Sosial, Manşet > Nazirin ailə biznesi bacanağının adına keçirilib...
Nazirin ailə biznesi bacanağının adına keçirilib...29-03-2021, 09:57 |
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov geniş şaxəli ailə biznesini bacanağı Hikmət İsmayovun adına keçirib. Bu barədə PİA.az-a məlumat verən mənbə bildirib ki, bu prosses 3 ildir ki, davam edir və artıq yekunlaşmaqdadır. Əldə etdiyimiz məlumata görə, Heydərovlar ailə biznesinin təməlini təşkil edən “Gilan Holdinq”ə aid olan əsas şirkətlər və istehsal sahələri bu holdinqdən çıxarılaraq Hikmət İsmayılovun adına keçirilib. Hazırda “Gilan Holdinq”də elə də ciddi biznes qurumunun qalmadığını iddia edən mənbə qeyd edib ki, “AFB Bank” ASC ilə “Gilan Vegetables” MMC arasında 70 milyonluq məhkəmə çəkişməsi də bunula bağlıdır. Mənbənin iddiasına görə, əslində bu məhkəmə prossesi gözdən pərdə asmaq üçündür. Əsas məqsəd Hikmət İsmayılovun Kəmaləddin Heydərova bağlı olmadığını dolayısı ilə ictimaiyyətə çatdırmaqdır. Hikmət İsmayılovun Ramiz Mehdiyevin həyat yoldaşına qarşı məhkəmə iddiası ilə çıxış etməsi də eyni məqsədin güdüldüyüi bildirilir. Eyni zamanda Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların adına olan biznes qurumlarının da Hikmət Hacıyevin adına keçirildiyi qeyd olunur. Xatırladaq ki, martın əvvəlində ölkə mətbuatında yayılan məlumata əsasən Hikmət İsmayılov “Food and Snack Group” adlı şirkət yaradıb. Bu son 2 il ərzində Hikmət İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və “Professional Real Estate Services” MMC-lər yaradılıb. “Gilan Holdinq”dən və Heydərovlar ailəsinin digər biznes qurumlarının məhz bu şirkətlərdə birləşdirildiyi vurğulanır. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən bəri ölkənin əsas məmur-oliqarxlarından biri hesab olunur. Heydərovun həmçinin 20 ildən artıq ölkənin gömrük sisteminə tam nəzarət etməsi də heç kimə sirr deyil. Ümumlikdə “fövqəlnazir”in ölkə daxilində və xaricindəki mal varlığının 10 milyardları əhatə etdiyi güman edilir. Bəzi araşdırmaçıların fikrincə isə uzun illər boyu ölkədəki monopoliyanın və korrupsiyanın əsas mənbəyi olan gömrük sisteminə nəzarət edən Heydərovlar ailəsinin ölkədəki və xaricdəki mal varlığı bilindiyindən qat-qat çoxdur. Qeyd edək ki, son illər Kəmaləddin Heydərovun artıq hökümət daxilində nüfuzunu itirdiyi və yaxın zamanlarda vəzifədən alınması ilə bağlı cəmiyyətdə müxtəlif səpkili məlumatlar dolaşmaqdadır. Qarşı ətərfin mövqeyini dərc etməyə hazırıq... Geri qayıt |