Əsas Səhifə > Sosial, Manşet > Sakinlər zülm çəkir... Başçı isə...
Sakinlər zülm çəkir... Başçı isə...1-04-2021, 09:50 |
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində kanalizasiya sistemi olmadığından çirkab sular küçəyə, oradan isə həyətlərə, hətta evlərin içərisinə dolur. DİA.AZ-ın məlumatına görə, sakinlərdən Akif Hüseynov bildirib ki, yağış yağan kimi vəziyyət daha da pisləşir: “Bu ərazidə torpaq alıb ev tikdirəndə belə bir problemin yaranacağını bilmədik. Çünki kanalizasiya xəttinin çəkiləcəyi vəd edilmişdi. Uzun illərdir əziyyət çəkirik. Deyirlər ki, qrunt sulardır, qarşısın almaq olmur. Hər yerə şikayət etmişik, dərdimizə çarə qılan yoxdur”. Sakinlər bildiriblər ki, zirzəmilərə dolan suyu nasoslar vasitəsilə təmizləyirlər. Yenə də evlərin divarları nəmişlikdən qaralıb. “Leysan yağışlardan sonra maşınla məhəllələrə girmək mümkün olmur. Piyada halda isə rezin çəkmə geymək məcburiyyətindəyik. Payızdan yaya qədər gölməçələrdən su çəkilmir”,-şikayətçi söyləyib. Başqa bir sakin isə deyib ki, gölməçələrin içərisi məişət tullantıları ilə dolur, üfunət ətrafa yayılır: “Ona görə də 5-10 ildir bu ərazidə yaşayanların çoxu müxtəlif xəstəliklərdən, xüsusilə də allergiyadan əziyyət çəkir”. Geri qayıt |