Əsas Səhifə > Sosial, Manşet > "İcra hakimiyyətində məni qəbul etmirlər...

"İcra hakimiyyətində məni qəbul etmirlər...


2-04-2021, 09:39
"İcra hakimiyyətində məni qəbul etmirlər...
İkinci Qarabağ müharibəsi zamanı həyətinə iriçaplı mərmi düşən Ağdam sakini Pərviz Əliyev öz evinə geri dönə bilməyənlərdəndir. Hadisə nəticəsində evi yararsız hala düşüb, divarlar çatlayıb, əşyalar məhv olub.

DİA.AZ xəbər verir ki, Pərviz Əliyev Bənövşələr qəsəbəsində yaşayır. Deyir ki, müharibə bitəndən sonra evlərinə komissiya gəlib və şəkillər çəkib çıxıb gediblər. Həmin vaxt özü evdə olmayıb. Komissiya üzvləri yaşlı atasına hansısa kağıza imzalatdırıb. Ona kağızı evlərinin şəklini çəkdiyi üçün imzaladığını deyiblər.

Daha sonra Pərviz Əliyevə deyiblər ki, sizin adınıza bank kartı gəlib: “Kartın içində 1000 manat pul var idi. Mən də gedib Ağdam Rayon İcra Hakimiyyətindən bu pulun niyə verildiyini soruşmaq istədim. Ancaq icra hakimiyyətində məni qəbul etmirlər”.

Yerli strukturlara etdiyi şikayətlərin boşa çıxdığını görən zərərçəkən Prezidentə müraciət etmək qərarına gəlib:

“Cənab prezidentdən artıq dərəcədə xahiş edirəm ki, yenidən nümayəndə göndərilsin, yenidən baxılsın və mənim dağılmış evimi bərpa etsinlər”.



Geri qayıt