Əsas Səhifə > Sosial, Manşet > Astaranın icra başçısı belə arxayınlaşıb ki...

Astaranın icra başçısı belə arxayınlaşıb ki...


12-04-2021, 09:39
Astaranın icra başçısı belə arxayınlaşıb ki...
Ayağını çətinliklə çəkir. Dərindən köks ötürür, sanki nəfəsi çatmır. Üzündəki kədəri görməmək mümkün deyil...

DİA.AZ bildirir ki, bu Astara şəhər sakini Fəridə İbayeva-dır. Onu yay-qış, rayonun mərkəzi bazarının giriş hissəsində görmək olur. Gah yumurta satır, gah tərəvəz. Fəridə İbayeva bunları deyir: “Mənim 78 yaşım var. İki övladımı mən dolandırıram. Oğlum Cəfərov Qadir Məmməd oğlu 10 ildir iş axtarır, tapa bilmir. Hər iş olsa razıdır, təki iş olsun. Oğlumun 50 yaşı var, ali təhsillidir, imkansızlıqdan indiyə kimi onu evləndirə bilməmişəm. Şəhərdə yaşadığımıza görə, bizə pay torpaq düşmədi. Mən pensionerəm. Aldığım 240 manat pensiyadır. Aldığım pensiya işığa, qaza yavan çörəyə çatır. Acınacağlı vəziyyətdə yaşayırıq. Mən həm də əmək veteraniyam.”

“Yaşlı adamam, məni top kimi fırladırlar”

O deyir ki, oğluna iş tapmaq üçün Azərbaycanın Birinci vitse prezidentinə də müraciət edib:
“Mehriban xanıma şikayət ərizəsi yazmışam. Ərizəni Lənkəranda yerləşən 15 saylı Ərazi Məşğulluq Mərkəzin filialına göndəriblər. 4-5 dəfə filialın Astaradakı nümayəndəliyində olmuşam. Sonra da Astara Qaz İstismarı məntəqəsinə getmişəm. Dedilər ki,get Məşğulluq İdarəsindən kağız gətir, oğlunu fəhlə götürək. Yaşlı adamam, məni top kimi fırladırlar. Bu məmurlar haçana kimi öz işlərini düzgün quracaqlar? Hansı məmurun oğlu işsizdir? Bu qapıları nə qədər gəzim? Get-gəl. Allaha and olsun, elə gün olur ki, çörək pulu tapmırıq.”

Fəridə İbayeva qeyd edir ki,bazarda onun kimi yaşlı qadınlar çoxdur, hamsı da xəstə:

“Ehtiyac bizi məcbur edir. Bazar da ölüb. Koronavirusdan əvvəl alver var idi.”

Onun sözlərinə görə, məmurlar koronavirusu bəhanə kimi istifadə edib adamların şikayətlərini qəbul etmirlər:

“Dedilər ki, bizlik deyil”

“Astara Rayonun İcra Hakimiyyəti başcısının Aparatına getmişdim. Dedilər ki, icra hakmiyyəti başçısı şikayətçiləri qəbul etmir. Edəndə də küçədə qəbul edirlər. İcra hakimiyyəti başçısı iki aydır ki, qəbul keçirtmir. Şəhər nümyəndəliyinə getdim.Dedilər ki, bizlik deyil. Bu işlərə başçı baxır.Başçı gərək göstəriş versin, oğlun işlə təmin olunsun.”

Fəridə İbayeva deyir ki, onun kimi imkansızlara edilən yardımlar da kəsilib:

“Gündə bahalaşma gedir”

“Həyat yoldaşım hərbi əlil idi, rəhmtə gedib. Ona görə bizə yardımlar edirdilər. İki ildir ki, yardımlar da dayanıb. Bu nə şəraitdir yaşayırıq? Sovet dövründə 90 manat pul alardıq, ailəni saxlayardıq. Gündə bahalaşma gedir. 240 manat heç bir şey olub. Ət dilmizə dəymir. Gəlsinlər baxsınlar hansı gündəyik?”


Geri qayıt