Əsas Səhifə > Sosial, Manşet > 3 aydır həkimlərin PULLARI VERİLMİR!
3 aydır həkimlərin PULLARI VERİLMİR!3-05-2021, 11:02 |
DİA.AZ: - Xəbər verdiyimiz kimi, həkimlərin sığorta əlavələri ödənilməyib. Bundan əlavə Təcili Tibbi Yardımda koronaviruslu xəstələrlə işləyən işçilərin fevral, mart, aprel ayı üçün ayrılan COVID pulları da ödənilməyib. DİA.AZ xəbər verir ki, Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev müvafiq qurumları məsələni həll etməyə çağırıb: "Təcili Tibbi Yardım işçilərinə fevral, mart, aprel ayları üzrə dövlət başçısı tərəfindən ayrılan COVID pulları və icbari tibbi sığorta ilə işləyən həkimlərin sığorta əlavələri verilməyib! Həmkarlarımızın hüquqlarının pozulmasına biganə qalmayaq! Aidiyyəti qurumlar! Həmkarlarımıza qarşı haqsızlığa son qoyun!" Geri qayıt |