Əsas Səhifə > Sosial, Manşet > "Mən ondan soruşdum ki, bu qədər pulu niyə Musa Quliyevə verdin..."

"Mən ondan soruşdum ki, bu qədər pulu niyə Musa Quliyevə verdin..."


25-05-2021, 10:25
"Mən ondan soruşdum ki, bu qədər pulu niyə Musa Quliyevə verdin..."
Yəqin ki, Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlunun üz-üzə qaldığı 587 min manatlıq borc qalmaqalında, Milli Məclisin deputatı, əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin də addının hallanması barədə, indiyə kimi bəzi media qurumlarında yayımlanan yazılarla əksəriyyət məlumatlıdır.

Qeyd edək ki, Emin Nuriyev mediaya verdiyi açıqlamasında bildirmişdi ki, “mənim, 2008-ci ildə Xətai rayonu ərazisində 142 kvm sahəsi olan obyektim var idi. Əmim Adil Nuriyev mənim obyektimi “Azəriqaz Bank”a girov qoymağı təklif etdi və Milli Məclisin deputatı Musa Quliyevin dəstəyi ilə, adı çəkilən bu bankdan 400 min dollar kreditə pul götürdü. Həmin vaxtlarda o, mənə “Bankdan götürdüyüm 400 min pulun 70 min manatını Musa Quliyevə verdim” dedi. Mən ondan bu qədər pulu niyə Musa Quliyevə verdiyini soruşduqda əmim-"əgər Musa müəllim kömək etməsəydi kim idi bizə bu qədər pul verən-"dedi.

Məsələnin maraqlı tərəfi odur ki, indiyə kimi Emin Nuriyevin əmisi Adil Nuriyev üst-üstə yığılmış 587 min manat borc pulu banka qaytarmadığından, bu gün də qeyd olunan borc qalmaqalı əndazəni aşmaqda davam edir. Diqqət çəkən halın varlığı isə, belə bir qalmaqallı məsələdə millət vəkili Musa Quliyevin iştirakçı olmasının və hal-hazırda onun yaxasını kənara çəkməyə çalışmasının iddia edilməsidir.

Söylənilənlərə münasibət bildirməsi üçün qarşı tərəfə müraciət etdikdə millət vəkili bunları bildirdi:

"Haqqımda söylənilənlərin heç bir əsası yoxdur.
Emin Nuriyevin əmisi Adil Nuriyevin mənə də on min manat borcu var. Mən Eminlə görüşəndə də demişəm, yenə də deyirəm ki, əgər iddiaları varsa hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etsinlər.".
//xebertv.info//




Geri qayıt