Əsas Səhifə > Sosial, Manşet > Cavid Qurbanov haqqında daha bir İDDİA...
Cavid Qurbanov haqqında daha bir İDDİA...28-05-2021, 09:39 |
“Topaz” bukmeyker oyunlarının aqibətinin necə olacağı suallar doğurur. Son illər durğunluq dövrünü yaşayan, bukmeyker kontorlarının sayı artmayan “Topaz”ın onsuz da işləri yaxşı getmirdi, bundan sonra idarəçiliyin kimlərin əlində olacağı maraqla gözlənilir. Bir müddət Azərbaycan Dəmiryolları QSC sədri Cavid Qurbanov tərəfindən qeyri-rəsmi idarə olunan kofiçent biznesi indi tam sahibsiz qalmaqdadır. C.Qurbanov “Topaz” dan əlini çəkdikdən sonra bu biznes iflas dövrünü yaşayır. Rəsmi olaraq “Caspiantech” tərəfindən mərc oyunları təşkil edilsə də, “Topaz” həmişə məmurların himayəsində olub. Lakin bu mərc oyunları özünü doğrulda bilməyib. Bir yandan əcnəbi bukmeykerlər daha yüksək əmsal təklif ediblər, bir tərəfdən isə “Topaz” mərc qoyuluşlarının məbləğini artıraraq 3 manata qaldırıb. Bu da oyunçulara sərf etmirdi və ondan uzaqlaşmağa başladılar. Üstəlik, ölkə üzrə “Topaz” məntəqələrinin sayı azdır. İndi C.Qurbanovsuz qalan şirkətin taleyi isə sual altındadır. Qeyd edək ki, “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxartması barədə məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Ölkə mətbuatının apardığı araşdırmada məlum oldu ki, adı xarici şirkət olan “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsusdur. bildirilir ki, hazırda “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi Cavid Qurbanovun müavini Vüsal Aslanov nəzarət edir. Belə ki, QSC sədri öz müavininə bu işləri daha yaxşı bildiyi və vaxtı ilə “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olması ilə əlaqədar futbol-mərc oyunlarından cavabdeh təyin edib. Bildirək ki, V.Aslanov 2010-2014 illərdə futbol-mərc oyunlarına nəzarət edən “Azərinteltek” QSC-nin idarə heyətinin üzvü olub. Məlumatda qeyd edilirdi ki, “TOPAZ” şirkətinin maliyyə məsələlərində Vüsal Aslanovun yardımçısı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abdulovadır. Ancaq baş dəmiryolçu bu biznesdə uduzub, istədiyi nəticəni əldə edə bilməyib deyə “Topaz” qumarından uzaqlaşıb. İddialara görə, “Azərlotereya”nın bukmeyker oyunlarını təşkil etməsi ilə tez bir zamanda “Topaz”ın tamamilə sıradan çıxacağı gözlənilir. Görünür ki, V.Aslanovla C.Qurbanovun qumar planları rəvan getməyib və bu işə girişməkdən peşman olaraq tez oyundan çıxıblar. Tia.az Geri qayıt |