Əsas Səhifə > Sosial, Manşet > KTN-də kadr islahatı: Aparat kimə tapşırılacaq?
KTN-də kadr islahatı: Aparat kimə tapşırılacaq?31-05-2021, 09:01 |
Bu həftə Kənd Təsərrüfatı Nazirliyində ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir. Aparılacaq yerdəyişmələrdə məqsəd nazirliyin iş keyfiyyətinin yüksəldilməsidir. Məlumata görə gözlənilən kadr dəyişikliyində KTN-nin daxili nəzarət şöbəsinin müdiri Fuad Mayılovun Aparat rəhbəri vəzifəsinə gətiriləcəyi bildirilir. Daxili nəzarət şöbəsinə isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qohumunun təyin ediləcəyi gözlənilir. Sözügedən kadr dəyişikliklərinin ötən həftə gözlənilsə də, təyinatlar yubanıb. Buna səbəb isə nazirin iş qrafikinin sıx olmasıdır. Ölkədə pambıq əkininin həssas dönəmi olduğu üçün İnam Kərimov son zamanlar çox gərgin rejimdə çalışdığı deyilir. "İnam Kərimov pambıq əkininin inkişafı ilə bağlı bütün məsələləri öz üzərinə götürüb. Hazırda pambıq sahələrində işçi qüvvələrinin az olması və su çatışmamazlığı nazirlikdə hökm sürən gərginliyi daha da artırıb. Nazir çox yaxşı bilir ki, hər gün işə bahalı kostyum geyinib gələn, bahalı ətir vuran işçiləri ilə pambıq sahəsində uğur əldə edə bilməyəcək. Ona görə də nazirliyin beyni sayılan Aparatda rəhbər dəyişikliyi etmək istəyir. Məhz Fuad Mayılov kimi kənd təsərrüfatının bütün incəliklərini dərindən bilən, ayağına rezin "sapoq" geyə bilən kadrlar aqrar sahənin inkişafına güclü təkan verə bilər."-deyə, məlumatda qeyd edilir. Geri qayıt |