Əsas Səhifə > Sosial, Manşet > "Aztelekom" MMC ÖZ İŞÇİSİNDƏN NİYƏ İMTİNA ETDİ?
"Aztelekom" MMC ÖZ İŞÇİSİNDƏN NİYƏ İMTİNA ETDİ?4-06-2021, 09:55 |
"Aztelekom" MMC ötən gün "Demokratik.Az" saytında yayımlanmış Telekommunikasiya "dəllalı" Yardımlını rabitəsiz qoyub - Fərail Agayev eləcə söküb satır sərlövhəli yazıda bəzi məqamlara aydınlıq gətirib. Qurumdan saytımıza bildirilib ki, sözügedən məqalədə olduğu kimi, Yardımlı rayon Telekommunikasiya Qovşağının rəisi Fərail Ağayevin fəaliyyətində həqiqətən də xeyli sayda nöqsanlar, rayonun internet və rabitə problemləri mövcud olsa da bu işlərdə himayədar kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin I müavini Zaman Verdiyevin adının çəkilməsi doğru deyil. Yəni adıçəkilən yüksək vəzifəli Fərail Ağayevin əməllərinə heç bir məsuliyyət daşımır. Adının açıqlanmasını istəməyən şəxsin "Demokratik.Az"-a göndərdiyi müəyyən sənədlərdən də aydın olur ki, cəmiyyətin 1-ci müavini Zaman Verdiyev son illərdə dəfələrlə Yardımlı TKQ-nın rəisi barədə tənbeh tədbirlərinin həyata keçirilməsinə, törətdiyi özbaşınalıq və yarıtmaz fəaliyyətinin qarşılığında "töhmət"lər almasına əslində şəxsən özü imza atıb. Və müavin Yardımlıda işin təşkilinə mütamadi can yandırıb, Fərail Ağayevlə yaxınlıq etməyib. Lakin, hansısa daha güclü əl "Aztelekom"un ən üst mövqeyini də üstələməklə F.Ağayevi "vurulmaqdan" qoruyub, töhmətləri bol olsa da hətta onu hazırki vəzifə pilləsinədək qaldırıb. Redaksiyamızın əldə etdiyi rəsmi sənədlərdə - Qurumun adından və Zaman Verdiyevin imzasıyla təsdiq edilmiş təkcə 2017-ci ilə aid "ƏMR"lərdə oxuyuruq ki, Yardımlı TKQ-nin o zaman baş mühəndisi olmuş F.Ağayev yarıtmaz fəaliyyətindən dolayı "töhmət" və şiddətli töhmət"lərə layiq görülüb. Eləcə də 2019-cu ildə "Aztelekom" MMC-nin 910 saylı əmrilə 03-06 sentyabr 2019-cu il tarixində Yardımlı TKQ-də aparılan audit yoxlamalarının nəticəsi nəzərə alınaraq "İntizam tənbehinin verilməsi" elan edilib. Zaman Verdiyevin imzaladığı sözügedən sənədlə isə sabiq rəis Şakir Kərimov və baş mühəndis olmuş Fərail Ağayevin TKQ-ya aid işlər üzrə maddi anlayışlı maxinasiyalara, çeşidli israfetmələrə, bəzi özbaşına hallara yol vermələri öz əksini tapıb. Aydın olur ki, "Demokratik.Az"-ın ötən yazımızda sadaladığı faktların doğruluğunu "Aztelekom" rəhbərliyi bizdən də yaxşı bilir, nə səbəbə görəsə də nöqsanların təkrarlanmaması və F.Ağayevin cəzalandırılması üçün heç bir əməli tədbirlər görülməyib. Tam tərsinə, "Aztelekom" MMC Fərail Ağayevi böyüdərək son illərdə qovşaq rəisi təyin edib. Nə deməli, yəqin tez-tez direktoru dəyişən bir MMC-də kadr islahatları və vəzifəyə təyinatlar olarkən daha çox "ÇP"-ləri olan kadrlara, onlardakı mənfi təcrübə nümunələrinə üstünlük verilir. Elədirsə də, ümid bir nazir cənab Rəşad Nəbiyevin öz şəxsi iradəsinə qalır, onu da belə həssas məsələlərdə öz yanındakıları aldatmasa... Demokratik.Az Geri qayıt |