Əsas Səhifə > Sosial, Manşet > "Pensiyam heç bir səbəb göstərilmədən kəsilib..."

"Pensiyam heç bir səbəb göstərilmədən kəsilib..."


14-08-2021, 10:42
"Pensiyam heç bir səbəb göstərilmədən kəsilib..."
Şəki şəhər I rayon Ə. Haqverdiyev küçəsi, ev 1-də yaşayan Sahib Lətifov əlillik pensiyasının kəsilməsindən şikayətçidir. Bu barədə o, “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib.

Sahib Lətifovun sözlərinə görə, o, 2012-ci ildən “Ağciyərin fibroz kavernoz vərəm” diaqnozu ilə ikinci qrup əlillik statusu alıb.

“Səhhətimə görə əmək qabiliyyətim yoxdur, heç yerdə işləmirəm. 130 manat əlillik pensiyası alıram, o da heç dərmanlarımı almağa çatmır. Bu ilin fevral ayından isə heç bir səbəb göstərilmədən kəsilib”.

Şikayətçi bildirir ki, mart ayında Bakıda 4 saylı Vərəm Əleyhinə Dispanserdə on beş gün müalicə alıb. Ona dispanserdən xəstəliyinin ən ağır formada olması ilə bağlı rəy verilib.

“Həmin sənədi gətirib Şəkidəki Vərəm Dispanserinə təqdim elədim. Bir müddətdən sonra yaxınlaşıb cavab haqqında məlumat almaq istədim. Əvvəl dedilər ki, cavab yoxdur, gah da dedilər sənədi gətirməmisən. Sonradan məlum oldu ki, həkim komissiyasından gətirdiyim sənəd dispanderdə itib.”

Sahib Lətifovun xəstəlik sənədi tapıldıdan sonra sistemə vurulub. Ancaq bir ay keçməsinə baxmayaraq, nə “təsdiq”, nə də “imtina” cavabı gəlib.

S. Lətifovun ailəsi ikisi azyaşlı olmaqla altı nəfərdən ibarətdir. Həyat yoldaşı Azərsuda yarım ştata fəhlə işləyir, 150 manat əmək haqqı alır. Oğlu isə günəmuzd fəhləlik etməklə ailəsini dolandırır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//gozetci.az//


Geri qayıt