Əsas Səhifə > Sosial, Manşet > AMEA-nın digər qurumları kimi Dendrologiya İnstitutunda da təcili yoxlamalara ehtiyac var
AMEA-nın digər qurumları kimi Dendrologiya İnstitutunda da təcili yoxlamalara ehtiyac var24-09-2021, 10:16 |
Məlum olduğu kimi sentyabrın 9-da Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda apardığı yoxlamalarla bağlı açıqlama yaydı. Açıqlamada sözügedən İnstitutda yol verilən bir çox nöqsanların aşkar olunduğu göstərilir. Audit prosesində tətbiq edilmiş prosedurlar İnstitutun dövlət vəsaitlərinin icrası vəziyyəti ilə bağlı aşağıdakıları qeyd etmək imkanı verib: Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə edib, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilib; Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməyib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30 772 manat məbləğində artıq xərcə yol verilib; Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib. Hesablama Palatasının açıqlamasından da görsəndiyi kimi, İnstitutun Tender Komissiyası satınalma prosedurları zamanı ciddi qanun pozuntularına yol verib ki, artıq hüquqi qiyməti Baş prokurorluq verməli olacaq. Aktualinfo.org Azərbaycan Milli Elmlər Akademiyasına tabeli digər bir İnstitutda da keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparıb. Akademiyanın Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında da ciddi qanun pozuntularına yol verildiyi açıq-aydın görsənməkdədir. Belə ki, İnstitutunun Tender Komissiyası dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl etməyərək bağlanmış müqavilələr haqqında məlumatları müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirməyib. Bu isə prosedurlarda saxtakarlıq hallarına yol verilməsinə, habelə satın alınan malların (xidmətlərin), qiymətlərinin gizlədilməsinə gətirib çıxarıb ki, bunlar sözügedən qurumda yoxlamalara başlamaq üçün Hesablama Palatasına əsl səbəb ola bilər. Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə keçirilmiş, lakin nəticələri ictimaiyyətdən gizlədilən kotirovka sorğular aşağıdakılardır: Maşın və avadanlıqlar üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Abadlaşdırma xidmətləri haqqı üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; İstehlakyönlü müxtəlif xidmətlər üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Elmi tədqiqat xidmətləri, təcrübəsi üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Tikinti və avadanlıqların cari təmiri üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə məhsulları üzrə xərclər üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana və təsərrüfat xərcləri üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mühafizə xidməti üzrə 02.03.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Digər kommunal xidmətlər haqqı üzrə 16.02.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Suyun alınması üzrə 16.02.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. Bu isə müqavilələrin bağlanması, ayrılan vəsaitlər barədə məlumatların bilərəkdən gizlədilməsindən başqa bir şey deyildir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onu xüsusilə qeyd etmək istərdik ki, Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Tender Komissiyasınin keçirdiyi bütün kotirovka sorğuları barədə məlumatları Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilməyib. Bütün bu kimi qanunsuzluqlara İnstitutda kimlər rəvac verib? Qeyd edək ki, İnstituta uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Məmmədov rəhbərlik edir. Milli Elmlər Akademiyasının İnstitutu adını daşımasına baxmayaraq bura əsl şitil bazasıdır. İnstitutun Mərdəkan qəsəbəsində yerləşən dendroloji parkından il ərzində Abşeron yaradımasına və respublikanın ayrı-ayrı bölgələrinə müxtəlif növ qiymətli ağacların, gül kollarının yüz minlərlə pöhrələri satılır. Təbii ki, bunun qeydiyyatı necə aparılır, bu satışlardan əldə olan gəlirlər rəsmiləşdirilirmi və haralara sərf olunur heç kimə bəlli deyil. Əldə etdiyimiz məlumatlara görə bütün bu kimi gizlin işlərin başında İnstitutun ümumi işlər üzrə direktor müavini Rauf Əliyev dayanır. Məlumatlara görə Rauf Əliyevin təkcə Mərdəkan, Şağan qəsəbələrində onlarla ting, pohrə satış məntəqələri mövcuddur. Başqa yerlərdəki satış məntəqələrinə də pöhrələr Rauf Əliyevin əli ilə çıxarılır. İnstitutun Baş direktoru Tofiq Məmmədov da təbii ki, bütün bunlara seyrçi qalmır, əksinə pay sahibi olduğu bildirilir. Dendrologiya İnstitutunun Tender Komissiyasının satınalmalarda yol verdikləri qanunsuzluqlara gəlincə. Bir mətbuat orqanı olaraq məlumatların ciddiliyini nəzərə alıb göstərilənlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına və Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsinə müraciət edirik. Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğuları araşdırılsın və nəticələri barədə ictimaiyyətə məlumat verilsin. İnstitutda mətbuatın sorğusuna belə məsuliyyətsiz yanaşılır, cavab verən tapılmır. Buna da ümumi işlər üzrə direktor müavini məsuliyyət daşıyır. Amma görsənən odur ki, İnstitutda məsuliyyət anlayışı deyilən bir mövhum belə yoxdur. Olsaydı, bu qədər özbaşınalıqlara yol verilməzdi. Aktualinfo.org Geri qayıt |