Əsas Səhifə > Sosial, Manşet > "Ödədiyimiz vəsaiti geri almaq istəyirik, indi onu da vermirlər..."

"Ödədiyimiz vəsaiti geri almaq istəyirik, indi onu da vermirlər..."


8-10-2021, 10:06
"Ödədiyimiz vəsaiti geri almaq istəyirik, indi onu da vermirlər..."
Əvvəllər hər kəs xalçalarını həyətlərində, məhəllələrində yuyurdusa, artıq insanlar xalçayuma şirkətlərinə üz tuturlar. Bu şirkətlər arasında yaxşıları olsa da, pisləri də az deyil.

Sonxeber.az-ın redaksiyasına "Moni" xalçayuma şirkəti ilə bağlı şikayət daxil olub.

Belə ki, şikayətçi Nigar Salamova yuyulan xalçasından heç məmnun deyil.

O bildirib ki, xalçadan gələn nəmişlik iyindən dayanmaq olmur:

"Xalçaları apardılar, bir həftə ərzində qaytarıldı. Bu gün açdıq, amma əfsuslar olsun ki, çox pis qoxu gəlir. Bundan əlavə, üzərində bir ləkə əmələ gəlib və rənglər bir-birinə qarışıb. Narazılığımızı bildirdik, ödədiyimiz vəsaiti geri almaq istəyirik, indi onu da vermirlər. Nə dərəcədə düzgündür? Həm məhsula zərər yetirilib, həm də vaxtımızı alıblar. Bu cür qeyri-peşəkar şirkətlər bağlansa, yaxşıdır.

Diqqətlə baxsanız, xalçanın astar tərəfi tamamilə saralıb, halbuki cəmi 1 ildir, alınıb. Saçaq hissələrində ləkələr var. Dəfələrlə zəng etmişik, verilən vəsaiti geri almaq istəmişik, günü günə satırlar, o nömrədən bu nömrəyə göndərirlər, ortada da bir şey yoxdur. Başqa bir xalçayuma şirkətinə zəng etdim, dedilər ki, bu şirkətdən şikayət edən artıq 7-ci müştəriyik".

Şirkətlə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt