Əsas Səhifə > Sosial, Manşet > Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR...
Texniki Universitetdə ÖZBAŞINALIQLAR DAVAM EDİR...10-11-2021, 10:01 |
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu son iki ildə universitetimizdə yaranmış acınacaqlı və fəlakətli dərəcəyə çatmış vəziyyət haqqında ürək yanğısı ilə məlumat vermək istəyirik". DİA.AZ bildirir ki, bu sözlər sözügedən ali təhsil ocağının bir qrup müəllimi adından redaksiyamıza göndərilən müraciətində yer almışdı ki, həmin müraciət ictimaiyyətdə geniş rezonans yaratsa da, nəıdnsə Təhsil Nazirliyinin diqqətini cəlb etmədi. Yazı BURADA: http://www.dia-az.life/3/317701-cenab-emrullayev-texniki-universitete-nezer-salacaqm.html Əmrullayevlə dost olan rektor Texniki Universiteti ŞƏXSİ BOSTANI KİMİ İDARƏ EDİR... DİA.AZ bildirir ki, amma bu da faktların hamısı deyil və redaksiyamıza müəllimlər adından yeni müraciət daxil olub. Həmin müraciəti də olduğu ki9mi təqdim edirik və yenə də ümid edirik ki, açıqlanan faktlara rəsmi dairələr tərəfindən hansısa formada reaksiya veriləcək. ƏVVƏLİ BURADA: http://www.dia-az.life/8/317840-emrullayevle-dost-olan-rektor-texniki-universiteti-shexs-bostan-km-dare-edr.html Beləliklə, müəllimlər DİA.AZ-a yazır: "Universitetdə adı olub işə gəlməyən təqaüdçü işçilər və kafedra müdirlərinin əksəriyyəti rektorun doğmalarıdır. İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayevə onun ailə üzvüdür və Rektorun iştirak etdiyi bütün tədbirlərdə iştirak edir.Tərifi ən yaxşı dekan kimi Rektorun dilindən düşməyən bu xanım bir neçə magistrantın elmi rəhbəridir və eyni zamanda dərs keçir. Xüsusi məvacib alanlar sırasında olduğu halda həftənin iki gününü oğlu az yaşlı olduğu üçün işə çıxmır. Bu cür seçilmiş münasibət sadəcə ona deyil.Rektorun ən yaxın və ikinci ailə üzvləri sayılan Elmi məsələlər üzrə müşavir, İmtahan Mərkəzinin rəhbəri, Mühəndis fizikası və elektronika, Beynəlxalq ticarət, logistika və marketing, Kimya, texnologiya təkrar emal və texnologiya kafedrasının və Texnoloji transfer, Xarici əlaqələr və digər şöbə və struktur rəhbərləri Rektorun yaxınları və yerliləri Qərbi Azərbaycan nümayəndələridir. Vilayət Vəliyevin köməkçisi Elvin Bəxtiyarlı uzun illər Tələbə Həmkərlar İttifaqının sədri olub. Onu indiki tutduğu vəzifəyə Xəqani Cəfərov təyin etdirib.Çünki aralarında iş bağı var. Tələbə Həmkərlar İttifaqının indiki sədri və əvvəl müavin vəzifəsində işləyən Mir-Məhəmməd Ələkbərli də bu iş birliyininə daxildir. Elvin Bəxtiyarlı tələbələrdən sertifikat, tədbirlərdə iştiraka görə pul yığırdı.İndi isə Mir-Məhəmməd Ələkbərli ekskursiyalar, gəzintilər adı ilə iki qat pul yığma ənənəsini davam etdirərək Elvin və Xəqani müəllimlə bölüşür.2021-ci ilin mart ayı Novruz bayramı ərəfəsində Elvin Bəxtiyarlı və Mir-Məhəmməd Ələkbərli, həmçinin Həmkərlar İttifaqının sədri İlham Aslanzadə Rektorun yüksək vəzifəyə təyin etdiyi vəzifəli şəxsləri pul mükafatları olan zərflər və qiymətli hədiyyələr paylayırdılar. Bunu çəkib ictimailəşdirən işçi işdən çıxarıldı. Əslində universitetin pedaqoji heyətinin və izibati işçilərinin təbrikə ehtiyacı olduğu halda onlar diqqətdən kənarda qalırlar və hər kəsin gözü önündə bu cür xoşagəlməz rüşfət paylanması müşahidə olunur. Uzun müddət İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı olan və rüşfətxorluğu ilə tələbələrin ikrah hissini qazanan İlham Aslanzadə eyni ənənəsini rəhbəri olduğu Həmkərlar İttifaqının sədri vəzifəsində davam etdirir. Belə ki, yaxın əlaqəsi olduğu insanlara yardım adı ilə pul yazıb yarı bölmək, putyovkaları od qiymətinə satmaqla gününü keçirir. Universitetdə tələbələrə olan davranış ürək açan deyil. Tələbələr məzun olduqdan sonra bütün universitetlərdən fərqli olaraq aylarla diplom almaq üçün sürünürlər. Diplomların yazılması üzrə təyin olunan mütəxəssis tanınan rəssam, təsisçisi olduğu şirkət rəhbəri olduğuna görə ay ərzində iki dəfə işə gəlir. Digər vaxtları şirkətdə özəl kurslar verir, tv proqramlarda iştirak edir. Tələbələrin tədrisinə gəlincə heç bir tədris plan, proqramı yenilənməyib.Tədris olmadığına görə, tələbələrin akademik göstəriciləri də formal qiymətləndirilir.Bir müəllim onlarla magistrantın Elmi rəhbəri olmağa məcbur edilir.Əslində isə bir qrupa görə maaş alır. Belə hallar müəllim əməyinin istismar olunması ilə yanaşı, tədrisin keyfiyyətinin tamamilə azaldılmasına gətirib çıxardır. Rektor əsas odur, tələbələr şikayət etməsinlər deyir. Universitetin elektron kitabxanası yoxdur. Rəsmi sayt tamamilə köhnə informasiyalarla yüklənib, axtarış keçidi işləmir. Yeməkxana və sanitar qovşaqları, yataqxana ürək dağlayan vəziyyətdədir. Tələbələrin dərs prosesinə qoşulduğu KOİKA sistemi sıradan çıxdığna görə pandemiya dövründə tələbələrin çoxu dərsə whatsapp proqramı ZOOM platforması vasitəsi ilə qoşulurlar. AzTU-da inkişaf üzdə görünüş xarakteri daşıyır. Bir neçə laboratoriya “TİKA”-nın vəsaiti ilə açılıb.Həmin laboratoriyalar gəlin otağı kimi qorunur.Qapısı kilidli saxlanılır. Avadanlıqları universitetin mütəxəssisi Murad Qurbanov işlədə bilir. Mütəxəssis olduğuna görə o da tələbələrə dərs deyə bilməyədiyinə görə, tələbələrin bu bir neçə laboratoriyada nə vaxtsa nə isə öyrənəcəkləri hələlik bəlli deyil. Universitetdə hökm sürən təhsil mühitinə yaraşmayan xoşagəlməz hallar haqqında çox yazmaq olar. Biz arzu edərdik ki, AzTU-nun rektoru şəhid məzunlardan birinin evinə gedib özünü ictimaiyyətə yaxşı insan obrazında təqdim etdiyi kimi, müharibə iştirakçıları və qazi tələbələrin kəsrlərini ləğv etdirərdi. Bir sıra universitetlərin rektorları bu təşəbbüsü irəli sürüb icra etdiyi halda, Vilayət Vəliyev hərbiçilərlə onlayn formatda keçirilən görüş zamanı buna söz verdi lakin sonradan icra etmədi. Hələ rektorun yerlisi universitetin nəzdindəki Nəqliyyat və Rabitə Kollecinin təqüd yaşına çatmış direktoru Bəxtiyar Bəxtiyarovun rəhbərlik etdiyi kollecdə rüşfətxorluğun tüğyan etməsi kimi faktların şərhə ehtiyacı yoxdur.Rektorun Sumqayıt Kimya Sənayə Parkının həmtəsisçisi, prorektor Çetin Elmazsla Türkiyədə ortaq şirkət sahibi olduğunu qeyd ediri.Ümid edirik ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Azərbaycan Respublikiasının Təhsil Nazirliyi bu qədim və texniki bazası zəngin olan universitetə biganə qalmayacaq və daxili yoxlama keçirib növbəti proseslərin qarşısını alacaqlar". Mövzu diqqətimizdədir... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |