Əsas Səhifə > Sosial, Manşet > Xıdırovun özbaşınalıqları davam edir... Nazirliksə susur...

Xıdırovun özbaşınalıqları davam edir... Nazirliksə susur...


17-11-2021, 09:14
Xıdırovun özbaşınalıqları davam edir... Nazirliksə susur...
Son günlər gündəmdə ən çox adı tez-tez hallanan qurumlardan biri də ETSN-nin yanında Meşələrin İnkişafı Xidmətində olan "meşə soyqırım"ı, özbaşınalıq və saxtakarlıqlardır. Əgər bu, belə davam edərsə o zaman bizim gələcək nəsillərimiz meşəlik əraziləri görmək üçün, xarici ölkələrə üz tutmalı olacaqlar. Çünki meşələrimiz kütləvi şəkildə qırılaraq "işlik" materiallar kimi hər m³ 400-500 manat civarında sexlərə satılır. Saxta "qırma" sahələrin oduncaq adıyla qeydiyyat alıb, "işlik" material kimi satırlar.
Dövlət Meşə fondu torpaqları qazılaraq kərpic zavodu və vətəndaşlara satılır.
Meşə torpaqları münbit və humsla zəngin olduğu üçün, vətəndaşlar onu alıb həyətyanı sahələrinə səpirlər.
Dövlət Meşə fondu torpaqların satılaraq, orada qeyri-qanuni tikililər salınır. Bu iş bu gündə davam etməkdədir.
Dövriyyə olan əkinlərin 80% faktiki yoxdur və bunu oldu kimi göstərib büdcədən pul silib, yeyirlər.
Suvarma, fəhlə və s.
Meşə sahələrin saxta yolla "təbii bərpa" adıyla "örtülü meşə" sahəsinə keçirdrlər. Halbu ki, hər hansı bir təbii bərpadan söhbət belə gedə bilməz.
Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov ETSN Muxtar Babayevin sadəlövhlüyündən istifadə edərək yuxarıda kı, cinayətləri arxayıncsına törədir və Nazirlik buna göz yumduğu üçün, bir azda etdiyi cinayətləri artırmış olur.
Artıq 3 aydır ki, yuxarıda sözügedən cinayətlərlə bağlı bu günə kimi ETSN hər hansı bir açıqlama verə bilmir və yaxşı bilir ki, bu yazılanların hamısı faktdır.

Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq
//azinfo.tv//










Geri qayıt