Əsas Səhifə > Sosial, Manşet > Yardımlının BAŞ QARƏTÇİSİ MAHİR MİRZƏYEVDİR...
Yardımlının BAŞ QARƏTÇİSİ MAHİR MİRZƏYEVDİR...9-12-2021, 10:18 |
DİA.AZ: - Keçən günlərdə DİA.AZ olaraq YArdımlı sakinlərinin şikayətlərini təqdim etmişdik və qeyd olunurdu ki, narazı yardımlılarDTX-nin qaramaskalılarını öz rayonlarına dəvət edərək icra başçısı Ayaz Əsgərovun fəaliyyətinin araşdırllmasını xahiş edirlər. Bu gün isə DİA.AZ-a daxil olan müraciətdə qeyd olunur ki, əslində Yardımlıda müşahidə olunan büdcə talanında tək günahkar başçı deyil və onun bu işinə rəhbərlik edən əsas fiqur var. Söhbət başçının QARA KASSASI kimi tanınan Yardımlı RİH rəhbərinin müavini Mahir Mirzəyevdən gedir. Bu barədə sakinlər dia-az.life-a yazır: "Mahir Mirzəyevin adı mətbuatda yetərincə hallanıb, amma hüquq-mühafizə orqanları bu məsələni ciddiyə almırlar. O qədər faktlar səslənib ki, hətta Mahir Mirzəyevi dinləmədən də onu həbsə atmaq olar. Çünki ortadakı faktlara əlavə sübut lazım deyil. Mahir Mirzəyev də Ayaz Əsgərov əslində hüquq-mühafizə orqanlarındakı ARXALARINA - himayədarlarına güvənirlər. Ona görə də hətta cənab Prezidentin tapşıqırlarının ziddinə gedərək, yerli əhalini incitməklə məşğuldurlar". Daha sonra sakinlər dia-az.life-a bildirir: "Görünür ki, Yardımlını idarə edənlər – Ayaz Əsgərov, xüsusən də Mahir Mirzəyev (Niyə Mahir Mirzəyev? Çünki 10 ildən çoxdur ki, Yardımlı deyərkən, hər kəsin ilk ağlına gələn Mahir Mirzəyev olur və 2005- ci ildən o, Yardımlının “sahibi” olaraq bilinir), Prezidentin çıxışlarını heç izləmirlər. Son zamanlar baş verənlərdən də xəbərsizdirlər və Prezidentin islahatlarından bixəbərdirlər, ya da özlərini bu islahatların çərçivəsində görmürlər. Ya da onlar Prezidentin ədalətinin onlardan yan keçəcəyinə nəyə görəsə əmindirlər..." Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |