Əsas Səhifə > Sosial, Manşet > Oğlu ağır durumda olan əsgər atası NAZİRDƏN KÖMƏK İSTƏDİ...

Oğlu ağır durumda olan əsgər atası NAZİRDƏN KÖMƏK İSTƏDİ...


10-12-2021, 09:52
Oğlu ağır durumda olan əsgər atası NAZİRDƏN KÖMƏK İSTƏDİ...
Redaksiyamıza Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fizuli küçəsi, ev-5 ünvanında yaşayan Salmanova Gülşən Zabil qızının, Azərbaycan Respublikasının Müdafiə Naziri cənab Zakir Həsənova ünvanladığı şikayət ərizəsinin bir surəti də redaksiyamıza daxil olub.

Oğlu ağır durumda olan əsgər atası NAZİRDƏN KÖMƏK İSTƏDİ...
Oğlu ağır durumda olan əsgər atası NAZİRDƏN KÖMƏK İSTƏDİ...

Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir: “Cənab Nazir! Səsimə səs verməyinizi xahiş edirəm. 12.07.2003-cü il təvəllüdlü övladım Salmanov Səmral Vüqar oğlu ayağından ömürlük şikəst qala bilər. 27.07.2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti, Salyan rayon şöbəsinin səhlənkarlığı üzündən sağ ayağının 2-ci dərəcəli, sol ayağının isə 3-cü dərəcəli fəsadlaşmış yastı daban yaraları diaqnozu ilə hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətdə olarkən ayağındakı yaralara və damar genişlənməsinə “N” saylı hərbi hissənin həkimləri heç bir əhəmiyyət verməmişlər.
Baxmayaraq ki, onların oğlumun vəziyyətindən məlumatları var idi. Hal-hazırda Hospitalın həkimlərinin qoyduğu diaqnoz ilə, oğlum təcili hərbi xidmətdən təxris olunmalıdır.

Buna baxmayaraq, hərbi hissənin Nağı adlı həkimi oğlumun xəstəliyinə çox biganə yanaşmış və lazımi tibbi yardım göstərməmişdir. Əgər qısa zaman ərzində harayıma laqeyd yanaşılarsa, mən yuxarı instansiyalara müraciət edib, səsimi Prezident İlham Əliyevə çatdırmağa çalışacam. Qeyd edim ki, bir neçə dəfə Müdafiə Nazirliyinə teleqramalar göndərsəm də, hələ ki, heç bir nəticə yoxdur”.
GundemXeber.Az

Geri qayıt